Polşanın baş naziri Donald Tusk bildirib ki, ABŞ-ın keçmiş prezidenti Donald Trampın NATO ilə bağlı açıqlamalarından sonra Avropa İttifaqı ölkələri sərhədlərini qorumağa hazır olmalıdır. Elchi.az xəbər verir ki, Bu barədə “El Mundo” məlumat yayıb.
“Aİ, Fransa və Polşa güclü ölkələrə çevrilməlidir, öz sərhədlərini, ərazilərini müdafiə etməyə, Avropa İttifaqından kənarda müttəfiqlərimizi və dostlarımızı qorumağa və dəstəkləməyə hazır olmalıdır”, – deyən Tusk, Trampın sözlərini “hamı üçün soyuq duş” olduğunu bildirib.
Polşanın baş naziri Avropanın öz müdafiə siyasətinin yaradılmasının zəruriliyini belə müdafiə edib. O vurğulayıb ki, bu, NATO-ya əks çəkidə olmamalıdır, əksinə, mövcud mexanizmləri tamamlamaq məqsədi daşıyır.
Qeyd edək ki, Donald Tusk daha əvvəl Trampın partiya üzvlərini, ABŞ Respublikaçılar Partiyasının üzvlərini Ukraynaya yardım haqqında qanun layihəsini Senatda blokladıqları üçün biabır edib.
Havar Şəfiyeva