Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib ki, Polşanın hərbiləşdirmə planlarını həyata keçirmək üçün ölkə vətəndaşları ciddi xərclər tələb edəcək.
Elchi.az xəbər verir ki, Peskov qeyd edib ki, hərbi proqramların gücləndirilməsi xeyli maliyyə yükü yaradır.
“Ölkə əhalisi nağd pulu çıxarmalı olacaq, çünki bütün bu hərbiləşdirmə onların öz hesabına həyata keçiriləcək”,-deyə o, brifinqdə bildirib.
Bundan əvvəl Polşanın müdafiə naziri Vladislav Kosiniyak-Kamış bəyan etmişdi ki, ölkə 2030-cu ilə qədər Avropanın ən güclü və ən böyük ordusunu yaratmağı planlaşdırır. Kosiniyak-Kamışın sözlərinə görə, Polşanın strateji məqsədi silahlı qüvvələrini 500 min şəxsi heyətə çatdırmaqdır.
Yeganə





















