"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MARAQLI

Polşadakı azərbaycanlı Pan Saşanın nağılı – Reportaj + Fotolar

10 Fevral 2016 - 20:30
in MARAQLI, SEÇMƏ XƏBƏRLƏR, XƏBƏR LENTİ
FacebookVatsap

Bunu da oxuyun

GAİM-də yeni tədris mərhələsinə start verilib

Türkmənistan üç mötəbər beynəlxalq tədbirə ev sahibliyi edir

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Polşadakı azərbaycanlı Pan Saşanın nağılı – Reportaj + Fotolar
Yaxud, ÜMİDLƏRİN CÜCƏRDİYİ YER 
Polşa, Varşava aeroportu, səhər saat 7.  Gözüm ONU axtarır…  Yeridikcə qarşıma çıxanların sırasına boylanıram…  Gözümə dəymir. 
Əlində “Sergey”, “Nana”, “OSCE”… yazılmış lövhələr tutan sürücülərin  qarşısından ötüb foyeyə keçdim. Bir göz qırpımındaca ortalıq boşaldı. Hamının adamı gəlmişdi. Təkcə mən yetim uşaq kimi bir küncdə dayanıb, öz ADAMIMI gözləyirdim. Telefonumun enerjisi tükənmişdi. Nömrəsini əzbərdən bilmirdim deyə, aeroportdakı telefonlara da yaxın getməyin bir mənası yox idi. Nə evini tanıyırdım, nə iş yerini.  Bir qədər gözləyib sonra mehmanxana axtarmağı qərarlaşdırdım.
“Onun yeri səhv düşüb…”
Gözüm şəhərə açılan qapıya zillənmişdi. Xəyal məni illər əvvələ apardı… Bakı, Binə qəsəbəsi, 2 saylı Cəzaçəkmə Müəssisəsi. Nəzarət Buraxlış Məntəqəsində xeyli sorğu-sual olunandan sonra tikanlı məftillərin o biri tərəfindəki qaranlıq dünyada itib-batacağından qorxduğum, ömrünün  İPƏ-SAPA YATMAYAN dövründə  dəli bir şeytanın hördüyü torbaya düşmüş dostumun görüşünə tələsdim. Gözləmə zalının qapısında dayanıb qara paltarlı adamların arasında gözüm onu axtardı. Vərdiş eləməmişdim buna.  Əvəllər onu qəzet səhifələrində axtarardım…  Ətrafa göz gəzdirdikcə sanki kimsə qulağıma pıçıldayırdı – “Aparın onu buralardan. Onun yeri səhv düşüb…”  Necə? Hansı yollarla aparım?..  Beynimdə dolaşan suallar çoxalqıca bədənim uçunur, həyacanım artırdı… Buna qədər heç vaxt həbsxanaya kiminsə görüşünə getməmşdim – adamım yox idi oralarda.
“Salam ay brat!” Doğma  və darıxdığım səs idi bu. Sonuncu dəfə məhkəmədə eşitmişdim bu səsi. Hakim onu sorğu-sual edirdi:
 
– Adınız
– Şövqi
– Soyadınız
– Musayev
– Atanızın adı
– Vaqif
– Hazırda nə işlə məşğulsunuz?
– Hazırda məhbəsdəyəm və barəmdə çıxaracağınız hökmü gözləməklə məşğulam...
Onun cavabı zaldakı adamların gülüşünü doğurmuşdu.  Təxminən 1 il keçmişdi bunun üstündən, səs həmin səs idi, dəyişməmişdi.
Azadlıq həsrətinin işığı
Qarşımda necə gəlib dayandığını hiss etmədim. Məni düşüncələrdən onun səsi ayırdı. Qarşımdakı adam cəmi bir neçə ay öncə imzası Azərbaycan mətbuatında parıldayan jurnalist Şövqi Vaqifoğlu idi. Onun “məhbus Musayev Şövqi Vaqif oğlu” kimi çağrılması ağır gəlirdi mənə… Məqsədini, arzularını, hədəflərini bilirdim. Əmin idim ki, niyyəti alayı səmtədir – mənzili həbsxana ola bilməzdi… Nə ayağı büdrəmişdi, nə qələmi. Büdrəyən taleyi idi…
Bir xeyli dərdləşmişdik onda. Yaşadığımız məzəli əhvalatları xatılrayıb, zarafatlaşmışdıq da. Ürəyindən keçənləri gözlərindən oxuyurdum: “Sənə qoşulub getmək istəyirəm buralardan. Bura mənim yerim deyil, ay brat”…  Kürəyindəki yükün ağırlığı sifətinə çöksə də, gözü gülür, həmişəki kimi işıq saçırdı. Bu, azadlıq həsrətinin işığı idi. Bilirdim, bir gün bu işıq qaranlıqları yarıb onu böyük hədəflərə aparan yola çıxaracaq… Və bir gün onun adını AzTV-nin efirindən eşitdim. Bu ad Prezident İlham Əliyevin imzaladığı Əfv fərmanında idi. Heç vaxt yadımdan çıxmaz, diktor “M” hərifi ilə başlayan soyadları oxuduqca ayaqlarım əsirdi. “Musayev” soyadını eşidəndə yerimdən dik atıldım və arxasını dinləmədən “Şövqi Vaqifoğlu” deyib qışqırdım…
Şövqi – “on je” Saşa
Yerimdən qalxıb taksi axtarmağa getmək istəyirdim ki, foyenin o biri başından səs gəldi – “Ay brat, burdayam…”  Hə, bu o idi. Məhbəsdən çıxandan sonra da öz yerini tapa bilməyən, kömək üçün getdiyi qapılardan pərişan qayıdan, ümduğu ünvanlardan “evdə yoxdur” , əzbər bildiyi nömrələrdən “telefon ya söndürülüb, ya da əhatə dairəsi xaricindədir” cavabı alan Şövqi Vaqifoğlu…  Güvəndiyi “dostlardan” küşüb getmişdi. Və budur, üzünə taleyin günəşi doğmuş kerçək bir iş adamı hava limanında məni qarşılamağa gəlib.
İndi burada onu Saşa kimi tanıyırlar. Saşa MDB ölkələrinin “altından girib üstündən çıxmış” adamdır. O, Avropa ölklərindən Rusiyaya, Belarusa, Ukraynaya böyük həcmdə meyvə-tərəvəz məhsulları daşıtdıran, nəhəng ərzaq anbarları, marketlər quran və Qərb-Rusiya qarşıdurmasının bəxş etdiyi maliyyə fələkətinin burulğanına düşərək qurduqları dağılan, tapdıqları itən,  buna baxmayaraq, əzəli xarakterinə arxalanaraq, yenidən toparlanan, Obama-Putin müharibəsinin öldürdüyü ümidləri cücərtməyi bacaran cəsarətli və qətiyyətli iş adamıdır. Saşa indi Varşavada “XƏZƏR” boyda arzular qurur, restoranlar şəbəkəsi yaradır. Polşanın paytaxtında polyak dilində dərc olunan “Azərbaycan” adlı jurnal da məhz onun əməyinin məhsuludur. Azərbaycan adına müxtəlf tədbirlər keçirir, oradakı soydaşlarımıza, azərbaycanlı tələbələrə dəstək olmağa çalışır. Hə, indi onun əli təkcə qələm tutmur. Həm də ƏL TUTUR. Bir vaxtlar Şövqiyə salam vermək istməyənlər indi gözünə sataşsınlar deyə, növbəyə yazılmağa hazırdılar. Telefonuna Azərbaycandan aramsız zənglər gəlir. Bu həmin adamlardır ki, bir vaxtlar Şövqinin zənglərini “iqnor” rejiminə yonəldirdilər.  Amma indi ona zəng edib, “qardaşımın kefi?..”, “Zəng etdim ki, səsini eşidəm” deyə münasibətləri bərpa etməyə çalışırlar. Bu sırıda sözsüz ki, qohum-əqraba da var. Dar gündə yoxa çıxmış bəziləri indi Saşanın yanına yol axtarır.  Həyat elə gətirdi ki, onların hamısnın Saşanın büdcəsinə borcu yarandı!
– Ay brat, bayaqdan aeroportu dörd dolaşıram…
Şövqinin narahat olduğu səsindən sezilirdi. Sən demə mən çıxış qapılarını səhv salmışam. Şövqi məni başqa çıxışda gözləyirmiş. Sonuncu dəfə onunla Almaniyada görüşmüşdük. Onda Şövqi yolu səhv salmışdı. Mən ağır vəziyyətdə Frankfurt yaxınlığındakı Bad-Vildungen şəhərində müalicə alanda Şövqi maşını ilə Varşavadan bir dəfəyə 1200 km-dən artıq yol qət etmişdi. Şəhərə gəlib çatmış, amma küçələri qarışdırıb, başqa istiqamətə gedib çıxmışdı. Yadımdadır, o gələndə gecə yarısı idi. Özü ilə işıq gətirmişdi, ümid gətirmişdi… Məni hər şeyin yaxşı olacağına inandırmağa çalışır, ədət etdiyi xitab formasında “Ay brat, beynindən çıxar xəstəliyi. Sən sağalacaqsan…” deyirdi. Könlümü açmaq üçün arada zarafatlarından da qalmırdı. İki gün yanımda oldu. Qayıdandan sonra elə bir yazı yazdı ki, indi də oxuyanda kövrəlirəm.  “Yeni Müsavat” qəzetində dərc olunmuşdu, adı belə idi “Ümidlərin cücərdiyi yer”. Allah qismət elədi ki, mən də onun ÜMİDLƏRİNİN CÜCƏRDİYİ YERƏ – Varşavaya gedəsi oldum.
Polyak ustalar, türkiyəli aşbazlar…
Aeroportdan şəhərə uzanan yol boyu onun telefonları susmurdu. Türkiyədəki mebel fabrikindən, restoran avadanlıqları istehsal edən şirkərtlərdən, mal daşıyan TIR sürücülərindən, Moskvadan, Minskdən, Berlindən…. gələn zənglər dayanmaq bilmirdi. Arada restoranda təmir işləri aparan polyak ustalar, türkiyəli aşbazlar da zəng edirdi. Hamı ona işlərin gedişatı barədə məlumat verir və əlavə tapşırıqlar alırdılar. İçimə bir rahatlıq çökmüşdü. Şövqiyə görə Allaha şükr edirdim. Sevindirdim ki, Bakıdan əli, boş cibində çıxmış dostum indi Avropanın ortasında elə avropalılara göstəriş verir…  Burada özünə ev-eşik qurub, həyatını təmin edib. Ağır sınaqlardan çıxaraq möhkəmlənmiş ailəsilə birgə burada arzuladığı həyatı yaşayır. İnid o iki balasının gələcəyini təmin etmək üçün yorulmadan, usanmadan çalışır…  Sözlə ifadəsi çətin olan hisslər keçirirdim. Şövqi çoxları üçün inanılmaz olan hədəfə çatmışdı. Polyak dilində təsəvvür eləmədiyim dərəcədə sərbəst danışırdı. Varşava küçələrində onun necə maşın idarə etdiyini tanımayan biri görsəydi, deyərdi ki, bu adam elə buralarda böyüyüb.
Pyotrun günahı…
Şəhərə yenicə çatmışdıq. Təmir işləri aparan ustalardan biri zəng edib dedi ki, bəs su boruları ilə bağlı problem yaranıb. Şövqi maşını bir baş “Xəzər”ə sürdü. Ustalar pan Saşanın gəldiyini eşidib onun qabağına qaçdılar. Pyotr adlı iş içraçısı nə dedisə Saşa tapança kimi açıldı. Başa düşürdüm ki, ustalar nəyisə səhv ediblər. Əsas günahkar da Pyotr idi. Saşa dayanmadan onu danlayır, narazılığını bildirirdi. Səbəbini soruşdum. Dedi ki, Pyotr onu bezdirib, bir əldən pul alır, amma işi ləngidir: “Qovacam bunu, başıma oyun açır…”  Vəziyyətin qəlizləşdiyini görən Pyotr arxamızca düşüb Saşanın könlünü almağa çalışırdı.  Amma nəticəsi olmadı. Bakıya qayıdandan sonra bildim ki, Şövqi Pyotru işdən qovub…
“Marriott”dakı sükut
Gün ərzində Şövqi ilə birgə bir neçə dəfə “Xəzər”ə baş çəkdik. Axşam Varşava gəzintisinə çıxdıq. Varşavanın mərkəzində Şövqi yüngül qayda pozuntusuna yol verdi. Arxadan gələn polis maşını qarşımıza keçib dayandı. Polis əməkdaşı nəzakətli şəkildə sənədləri istədi. Şövqi ona balaca bir kart göstərdi və polis gülümsəyərək, gedə bilcəyimizə işarə etdi. Sonra bildim ki, Şövqi ona vergi ödəyicisinin xüsusi vəsiqəsini göstərib. Onu da öyrəndim ki, bu ölkədə dövlət  büdcəsinə vergi ödəyənlərə əlahiddə münasibət var. Vergi ödəyicisi xarici vətəndaşdırsa, ona xüsusi ehtiram və sayğı göstərilir. Şövqi də bu ölkənin büdcəsinə kifayət qədər böyük məbləğdə xeyir verənlərdəndir…
Həmin gün gecə saatlarına qədər Varşavanı dolaşdıq. “Elçi” qəzetinin redaksiyasında keçirdiyimiz günlərdən tutmuş, Qazaxdakı sərgüzəştlərimizə qədər çox şeyi xatırladıq…  Gecə saat 12-ni keçmişdi. Mərkəzdəki “Marriott” Otelinin 20-ci mərtəbəsindən şəhərə tamaşa edirdik. Nə o danışırdı, nə mən. Sükutu pozub, “Buradan Bakını görə bilirsən?” deyə, soruşdum.  Şövqinin cavabı ləngimədi:
– Yox, buradan görünmür. Bakı mənim ürəyimdədir…
Varşava mənim yaddaşımda həmişə Saşa nağılının yaşandığı şəhər kimi qalacaq. “Polşanın paytaxtı hansı şəhərdir” deyə soruşsalar, tərəddün etmədən deyərəm: VarSAŞA!
Nicat DAĞLAR
Previous Post

Polşadakı azərbaycanlı Pan Saşanın nağılı – Reportaj + Fotolar

Next Post

Saakaşvili cangüdənlərindən imtina etdi

Bənzər yazılar

GAİM-də yeni tədris mərhələsinə start verilib

GAİM-də yeni tədris mərhələsinə start verilib

08 Oktyabr 2026 - 20:34

Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzində (GAİM) yeni tədris fəaliyyətinin açılış mərasimi keçirilib. Elchi.az xəbər verir ki, Azərbaycan Evinin və GAİM-in direktoru...

Türkmənistan üç mötəbər beynəlxalq tədbirə ev sahibliyi edir

Türkmənistan üç mötəbər beynəlxalq tədbirə ev sahibliyi edir

08 Oktyabr 2026 - 20:32

Türkmənistan bu gün və sabah üç mötəbər beynəlxalq tədbirə – "Azərbaycan və Mərkəzi Asiya ölkələrinin dövlət başçılarının məşvərət şurasının iclası",...

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

08 Oktyabr 2026 - 18:38

Azərbaycanın “Gilavar Foto Klubu” İctimai Birliyi BMT-nin 18-ci Dayanıqlı İnkişaf Məqsədi kimi “minasız dünya” məqsədinin elan edilməsi üçün başlatdığı beynəlxalq...

ADY-nin Çindən qəbul etdiyi blok-qatarların sayı 40 % artıb

ADY-nin Çindən qəbul etdiyi blok-qatarların sayı 40 % artıb

08 Oktyabr 2026 - 15:16

Bu ilin yanvar-sentyabr aylarında "Azərbaycan Dəmir Yolları" QSC (ADY) Çindən 416 blok-qatar qəbul edilib. Bu barədə Elchi.az-a ADY-dən məlumat verilib....

Next Post

Saakaşvili cangüdənlərindən imtina etdi

Saakaşvili cangüdənlərindən imtina etdi

Son xəbərlər

GAİM-də yeni tədris mərhələsinə start verilib

GAİM-də yeni tədris mərhələsinə start verilib

08 Oktyabr 2026 - 20:34
Türkmənistan üç mötəbər beynəlxalq tədbirə ev sahibliyi edir

Türkmənistan üç mötəbər beynəlxalq tədbirə ev sahibliyi edir

08 Oktyabr 2026 - 20:32
Koşta Zelenskini Aİ liderlərinin sammitinə dəvət edib

Koşta Zelenskini Aİ liderlərinin sammitinə dəvət edib

08 Oktyabr 2026 - 20:29
Ölkəmiz Mərkəzi Asiya dövlətləri ilə əlaqələrini daha da möhkəmləndirir

Ölkəmiz Mərkəzi Asiya dövlətləri ilə əlaqələrini daha da möhkəmləndirir

08 Oktyabr 2026 - 19:39
Azərbaycan cüdoçusu Murad Fətiyev dünya çempionatında bürünc medal qazanıb

Azərbaycan cüdoçusu Murad Fətiyev dünya çempionatında bürünc medal qazanıb

08 Oktyabr 2026 - 19:26
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yayıb

Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yayıb

08 Oktyabr 2026 - 19:12
Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşü keçirilib – YENİLƏNİB-3

Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşü keçirilib – YENİLƏNİB-3

08 Oktyabr 2026 - 18:51
“Əvvəl bilik, sonra birlik” adlı ictimai dinləmə keçirildi

“Əvvəl bilik, sonra birlik” adlı ictimai dinləmə keçirildi

08 Oktyabr 2026 - 18:47
BMT ilə ƏƏSMN arasında əməkdaşlıq müzakirə olunub

BMT ilə ƏƏSMN arasında əməkdaşlıq müzakirə olunub

08 Oktyabr 2026 - 18:47
Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

08 Oktyabr 2026 - 18:38
Azərbaycanda yağıntılı hava davam edir, dağlara qar yağıb – FAKTİKİ HAVA

Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq – XƏBƏRDARLIQ

08 Oktyabr 2026 - 18:35
Filippində vulkan püskürməsi baş verib

Filippində vulkan püskürməsi baş verib

08 Oktyabr 2026 - 18:29
Gürcüstana qanunsuz keçməyə cəhd göstərən Mərakeş və Əfqanıstan vətəndaşları saxlanılıb

Gürcüstana qanunsuz keçməyə cəhd göstərən Mərakeş və Əfqanıstan vətəndaşları saxlanılıb

08 Oktyabr 2026 - 18:22
Milli Məclis Avropa Parlamentinin qətnaməsini qərəzli siyasi aksiya kimi qiymətləndirib

Milli Məclis Avropa Parlamentinin qətnaməsini qərəzli siyasi aksiya kimi qiymətləndirib

08 Oktyabr 2026 - 18:14
Niderlandda Qərbi Nil virusuna yoluxanların sayı həftə ərzində 59 nəfərə çatıb

Niderlandda Qərbi Nil virusuna yoluxanların sayı həftə ərzində 59 nəfərə çatıb

08 Oktyabr 2026 - 17:59
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.