Polşa prokurorluğu 2022-ci ildə ölkə ərazisində baş vermiş Ukrayna raketinin partlaması ilə bağlı araşdırmanı başa çatdırıb. Elchi.az xəbər verir ki, bu barədə
“RMF24” radiostansiyası məlumat verir.
Mərmi Rusiyanın kütləvi hücumu zamanı atılan Ukrayna Hava Hücumundan Müdafiə Qüvvələrinə məxsus olub. “İstintaq faciənin hallarının aydınlaşdırılmasında Ukraynanın heç bir əməkdaşlığının olmaması səbəbindən tamamlanıb”, – deyə məlumatda bildirilir.
Prokurorluq araşdırmanın aparılmasını mümkünsüz edən maneələri nəzərə alaraq bu qərarı qəbul etdiklərini qeyd edib.
Havar Şəfiyeva