Qətərdə keçirilən dünya çempionatında Polşa və Səudiyyə Ərəbistanı yığmaları arasında C qrupunun II tur oyunu başlayıb.
Elchi.az xəbər verir ki, qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da start götürüb.
***
Polşa və Səudiyyə Ərəbistanı yığmaları arasında C qrupunun II tur oyununda hesab açılıb.
Qarşılaşmanın 39-cu dəqiqəsində Pyotr Zelinski Avropa təmsilçisini hesabda önə keçirib.
***
Levandovski matçın 82-ci dəqiqəsində fərqi artırdı: 2-0.
***
Polşa Səudiyyəyə qalib gəlməklə xallarının sayını 4-ə çatdırdı.