Polşa öz istehsalı olan suborbital raketin sınaqlarını uğurla keçirib.
Elchi.az – ın məlumatına görə, bunu Polşa müdafiə nazirinin müavini Çezari Tomçik bildirib.
“Bu gün Ustkadakı Mərkəzi Hərbi Hava Qüvvələrinin sınaq poliqonunda Hərbi Texniki Silahlanma İnstitutu, Lodzdakı 1 saylı Hərbi Təyyarə Zavodu və Qamrat şirkətinin konsorsiumu tərəfindən hazırlanmış üç mərhələli suborbital raket uğurla buraxılıb”, – deyə o, “X” sosial şəbəkə hesabında yazıb.
Onun sözlərinə görə, qarşıya qoyulan bütün məqsədlərə nail olunub: raketin ayrılması, kosmosda müəyyən edilmiş nöqtəyə istiqamətləndirmə və təyin edilmiş trayektoriya üzrə uçuş. O, 65 km hündürlüyə qalxaraq, bütün əsas yerli texnologiyaların işləkliyini təsdiqləyən təhlükəsiz və sabit uçuşu tamamlayıb.





















