Polşanın xarici işlər naziri Zbiqnev Rau bildirib ki, onun ölkəsi və Baltikyanı ölkələr NATO alyansı daxilində artan təsirə çevrilib.
Elchi.az Türkiyə mediasına istinadən bildirir ki, Litvanın paytaxtı Vilnüsdə keçirilən təhlükəsizlik siyasəti konfransında Rau Polşa, Litva və Baltikyanı ölkələrin NATO-nun şərq “qanadı”nı təşkil etdiyini bildirib.
İclasda Almaniya hökumətini Ukraynaya “Leopard” tankları verməyə razı salmaq məsələsinin də gündəmdə olduğunu bildirən Rau bildirib:
“Fikir ayrılıqları var, amma optimistəm. Polşa və Baltikyanı ölkələr böyüyən bir dövlətə çevrilirlər”.
Polşa-Litva əlaqələrini yüksək qiymətləndirən Rau həmçinin deyib:
“Təhlükəsizlik, enerji və nəqliyyat kimi mövzularda yekdil danışırıq. Siyasi baxımdan yaxınıq”.
Yeganə