Hər şey Türkiyənin hazırkı lideri Rəcəb Tayyib Ərdoğanın prezident seçkilərinin birinci turunda qalib gəlməsinə gedir. Fərq az olsa da, qələbə olacaq. Elchi.az xəbər verir ki, Yaxın Şərq ölkələrinin problemləri üzrə ekspert Stanislav Tarasov Lenta.ru-ya müsahibəsində Türkiyədə keçiriləcək seçkilərə iki gün qalmış prezidentliyə namizədlərin şanslarını dəyərləndirib.
Politoloq qeyd edib ki, Türkiyədə bu il prezident seçkiləri çox ağır keçir.
“Məsələ ondadır ki, bu seçkilərin spesifik xüsusiyyətləri var. Birincisi, son illərdə heç vaxt Qərb və ABŞ tərəfindən seçki prosesinə belə aktiv müdaxilə olmamışdı. ikincisi, Ərdoğan və [prezidentliyə namizəd Kamal] Kılıçdaroğlu ənənəvi tərəfdaş və rəqibdirlər”, – deyə Tarasov bildirib.
Havar Şəfiyeva