Sentyabrın 22-də Daxili İşlər Nazirliyində ölkəmizdə baş tutacaq III MDB Oyunları müddətində ictimai asayişin mühafizəsinin təşkili və qarşıda duran vəzifələrə həsr olunmuş videokonfrans formatında naziryanı əməliyyat müşavirəsi keçirilib.
DİN-in Mətbuat xidmətindən Elchi.az-a verilən məlumata görə, müşavirəni giriş sözü ilə açan nazir general-polkovnik Vilayət Eyvazov Azərbaycanın son illər bir çox nüfuzlu idman yarışlarına ev sahibliyi etdiyini, daxili işlər orqanlarının belə tədbirlərdə ictimai təhlükəsizliyin və ictimai asayişin təmini sahəsində böyük təcrübə qazandığını diqqətə çatdırıb.
“2025-ci ildə Müstəqil Dövlətlər Birliyinin idman paytaxtı” elan edilən Gəncə şəhərində və ölkəmizin digər 6 şəhərində sentyabrın 28-dən oktyabrın 8-dək müddətdə keçiriləcək III MDB Oyunları müddətində gücləndirilmiş iş rejimində xidmət aparacaq polis əməkdaşlarının və Daxili Qoşunların hərbi qulluqçularının qarşıya qoyulan vəzifələri yüksək səviyyədə yerinə yetirmələrinin vacibliyi qeyd olunub.
V.Eyvazov ölkəmizin ev sahibliyi edəcək bu əhəmiyyətli idman tədbiri ərəfəsində və günləri zamanı da iştirakçıların, azarkeşlərin, ölkəyə gələn qonaqların və xarici media nümayəndələrinin təhlükəsizliyinin təmin edilməsi, oyunların keçirildiyi və ətraf ərazilərdə ictimai qaydanın qorunması, buraxılış məntəqələrində təhlükəsizliyin gücləndirilməsi, eləcə də insanların rahat, maneəsiz hərəkət etmələri üçün əlverişli şəraitin təmin edilməsi barədə tələb və tövsiyələrini verib.
FHN çimərliklərdə silsilə maarifləndirmə tədbirləri keçirib – FOTO
Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları tərəfindən çimərliklərdə istirahət edən vətəndaşlar arasında “Çimərliklərdə təhlükəsizlik qaydaları” mövzusunda silsilə maarifləndirmə tədbirləri keçirilib. FHN-dən...






















Çox möhtəşəm bir tədbir olacaq, polisimiz bütün qonaqların təhlükəsizliyi üçün əlindən gələni edəcək. Bu cür böyük idman yarışlarının ölkəmizdə keçirilməsi çox sevindiricidir. Polisimizin bu sahədəki təcrübəsi hər zaman yüksək səviyyədə olub.
Əla xəbərdi! Elə əvvəlki şərhə də əlavə edirəm ki, bu dəfə polisimizlə hər şey super olacaq, heç kəs narahat olmasın! Gəncəlilər, hazırlanın, əsl idman bayramı gəlir, polisimiz də hər şeyə nəzarət eləyəcək, təki hamı rahat olsun!
Bu oyunlar üçün polisimiz hazırlıqlıdı, əvvəlki şərhlərdə də yazıldığı kimi hamı rahat olsun. Mənim də əlavəm budur ki, Gəncəlilər bir idman bayramına hazırlaşsın, polisimiz hər yerdə olacaq. Xüsusi diqqət lazımdı ki, hər şey qüsursuz keçsin.
Elə bil MDB oyunları bir az da qızışdırıb polisimizi, gücləndirilmiş rejimdə çalışacaqlar! Bəlkə də bu oyunlarda iştirak edəcək idmançılar çox çevikdir deyə, hər addımbaşı nəzarət lazım olur. Hər halda, hamı təhlükəsiz olsun, idmançılar da rahat yarışıb, biz də rahat tamaşa edək. Maraqlıdır, hansı idmançılar polisimizin gücləndirilmiş diqqətini çəkəcək?
Çox gözəl məlumat. Polis tədbirlərini yüksək səviyyədə təşkil edəcəyinə əminəm. Belə böyük idman tədbirlərində ictimai asayişin qorunması çox vacibdir. Polis əməkdaşlarının işini inanırıq ki, layiqincə yerinə yetirəcəklər.