Onun sözlərinə görə, BRİKS ölkələrinin dollardan imtinası artıq ABŞ valyutasının çökməsinə səbəb olub.
Elchi.az xəbər verir ki, “InfoBRICS” portalı ABŞ-ın keçmiş konqresmeni Ron Paula istinadən bildirib ki, Rusiya ilə BRİKS ölkələri arasında dollarla mübarizə artıq ABŞ valyutasının çöküşünə səbəb olub.
“Dollar üzərində qurulan sistem çökəcək. Artıq başlayıb. Hər gün başqa bir xəbər oxuyacaqsınız ki, hansısa böyük ölkənin – bu, Hindistan, Çin, Rusiya ola bilər – yerli valyutadan istifadə etməklə bütün dünyada sövdələşmələr edir “deyə amerikalı konqresmen portaldan sitat gətirir.
Pol həmçinin etiraf edib ki, BRİKS ölkələrinin əməliyyatlarda milli valyutalardan istifadə etməsi dolların əsas dünya valyutası statusunun çökməsinə səbəb ola bilər. Onun sözlərinə görə, 2022-ci il dollardan istifadənin əhəmiyyətli dərəcədə azalması ilə yadda qalıb və gələcəkdə bu proses yalnız sürət qazanacaq.
Şayəstə Hüseynova