Türkiyənin Mersin şəhərinin Mezitli rayonunda qadın terrorçulardan ibarət qruplaşma polis məntəqəsinə silahlı hücum edib.
Elchi.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu məlumat verib.
Nazirlin sözlərinə görə, hücum zamanı 1 polis əməkdaşı şəhid olub, daha 1 polis isə yaralanıb.
Nazir terror aktının PKK tərəfindən həyata keçirildiyini və hadisə zamanı mülki vətəndaşın da yaralandığını deyib:
“Eyvanda oturan mülki vətəndaşlarımızdan birinə də güllə dəyib. Şükürlər olsun ki, onun həyatı üçün təhlükə yoxdur”.
Sidney keşişi Mar Mari Emmanuel canlı xütbə zamanı dəfələrlə bıçaqlanıb
Dünya şöhrətli Sidney keşişi Mar Mari Emmanuel canlı moizə zamanı bıçaqla hücuma məruz qalıb. Elchi.az xəbər verir ki, dünya şöhrətli Sidney...