O, Çikaqoda doğulub. Adi amerikalı ailəsində. Uşaqlığında həmyaşıdlarından heç nə ilə fərqlənməyib.
Kolleci orta qiymətlərlə bitirib. Sonra yerli pizza şirkətlərindən birində işə düzəlib. Yəni pizzaları sifarişlə evlərə çatdırıb.
Ancaq fotolara olan həvəsi gündən-günə artırdı. İşini atdı. Bir müddət çətinlik olsa da, sevimli, arzuladığı sənətlə məşğul olmağa başladı. Artıq bir ildən sonra o, ABŞ-ın və dünyanın ən modern, ən tələbolunan fotorəssamına çevrildi.
Söhbət Kayl Tompsondan gedir.
Publika.az “Bir bax” layihəsində fotorəssamın əsərlərini təqdim etdi.