"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Piyadalar üçün 100 manatlıq cərimə – zərurət, yoxsa…

31 Yanvar 2017 - 12:30
in XƏBƏR LENTİ
FacebookVatsap

Bunu da oxuyun

ABŞ-də inflyasiyaya görə qızıl ucuzlaşır

Fransada etirazlar başlayandan bəri polis 8 minə yaxın şəxsi saxlayıb

Albaniyada tələbələr Təhsil Nazirliyinin binasına od vurublar

Piyadalar üçün 100 manatlıq cərimə - zərurət, yoxsa...Vaqif Əsədov: “Cərimə məbləğinin yüksək olması nizam-intizama təsir göstərəcək”; Ərşad Hüseynov: “Hər halda, həyəcan təbili çalmaq üçün əsas var”

 
Bir neçə gündür ki, ictimaiyyətdə yol hərəkəti qaydalarını pozan piyadaların 20 manat deyil, 100 manat cərimələnəcəkləri ilə bağlı məsələ geniş  müzakirə obyektinə çevrilib. İnsanlar öz narazılıqlarını bildirərək, cərimələrin bu qədər artırılmasının doğru olmadığını söyləyirlər.
Öncə qeyd edək ki, ötən ilin sonlarında yollardakı dəmir və beton arakəsmələrin üzərindən keçib yolun hərəkət hissəsinə çıxan piyadaların həbs olunması ilə bağlı Milli Məclisə göndərilən qanun layihəsi dəyişdirilib. Belə ki, layihənin ilkin variantında beton və dəmir arakəsmələrin üzərindən aşıb, yolu keçənlərin 15 günədək inzibati həbs cəzası ilə cəzalandırılması təklif olunurdu. Lakin bu təklif məqbul sayılmayıb. Təklif olunub ki, yuxarıda qeyd etdiyimiz qaydaları pozan piyadalar 100 manat cərimələnsinlər. Layihə  Milli Məclisə göndərilib və yaz sessiyasında müzakirə olunacaq.
Məsələ ilə bağlı Baş Dövlət Yol Polis İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev də açıqlama verib. Belə ki, K. Əliyev azvision.az saytına açıqlamasında bildirib ki,  hər bir piyada üçün cərimənin artırılmasından söhbət getmir.
Qurum rəsmisi bildirib ki, cərimələrin artırılması beton və dəmir maneələrin aşılması ilə yolun hərəkət hissəsinə çıxan piyadalar üçün nəzərdə tutulub: “Digər hallarda isə cərimə məbləği 20 manat olaraq qalır. Adıçəkilən cərimə artımı ilə bağlı müzakirələr olacaq. Son nəticədə hansı qərar qəbul olunacaqsa, yol hərəkəti qaydalarını pozan piyadalara qarşı bizim əməkdaşlar tərəfindən həmin cərimə sanksiyası tətbiq olunacaq”.
Image result for Vaqif Əsədov
Mövzu ilə bağlı “Yeni Müsavat”a danışan Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov bildirdi ki, piyadalarla bağlı cərimələrin sərtləşdirilməsi nizam-intizamın qaldırılmasına təsir edəcək: “Vətəndaş, sürücü, yol polisi və Bakı şəhər sakini olaraq bildirirəm ki, bəli, piyadalarla əlaqəli tətbiq edilən cərimə məbləğinin daha yüksək olması nizam-intizamın qaldırılmasına təsir göstərəcək. Bu şərtlə ki, cərimənin ödənilmə mexanizmi də düzgün həyata keçirilsin. 2016-cı ildə piyada vurma halları 60 faizə qalxıb. Bu, çox ciddi rəqəmdir. Özlüyümdə bunun nə üçün belə qalxmasını təhlil edirəm və qənaətə gəlirəm ki,  50 faiz piyada tərəfindən cərimə məbləğinin ödənilməməsi, görünür, hadisələrin çoxalmasına təsir göstərir. Ona görə razıyam ki, piyadalarla əlaqəli törədilən xətalarla bağlı maksimum  cərimələr tətbiq olunsun və onun ödənilməsi mexanizmi sərtləşdirilsin. Piyada bunu ödəməsə, ölkədən çıxa, bankdan kredit götürə bilməsin. Bank nəzərə alsın ki, cəriməni ödəyə bilməyən vətəndaş krediti necə qaytaracaq. Yaxud da digər sosial müavinətlərdən məhrum edilsin, işləyirsə, onun maaşından, tələbədirsə, təqaüdündən bu cərimə məbləği tutulsun. İşləmirsə, icra orqanları, məhkəmələr bu pulu ondan alsın. Əgər belə olarsa, sizi əmin edirəm ki, hadisələr minimuma enəcək.”
Müsahibimizin sözlərinə görə, piyadalarda arxayınçılıq yaranıb: “Düşünürlər ki, cəriməni ödəmədik və bizə heç nə edən olmadı. Belə deyil axı. Artıq siyahı da hazırlanıb və yaşayış yerlərinə, icra orqanlarına, təhsil müəssisələrinə biz lazımi informasiyanı göndərmişik. Çox güman ki, cərimələrin ödənilməsi məsələsi də baş tutacaq. Nəticədə həm də nizam-intizam yüksələcək. Son illər mütəmadi olaraq ”Yol hərəkəti haqqında” Qanuna, İnzibati Xətalar Məcəlləsinə edilən əlavə və dəyişikliklər, tətbiq edilən yüksək məbləğdə cərimələr, ən azından nizam-intizamı yüksəldib, mədəniyyəti formalaşdırıb. Misal da deyə bilərəm ki, sərxoş vəziyyətdə avtomobilin idarə edilməsi ilə bağlı yüksək məbləğdə cərimənin tətbiqi problemi həll edib. Eyni zamanda bu xüsusda təhlükəsizlik kəmərinin bağlanmaması məsələsini də qeyd edə bilərik. Sürət həddi ilə bağlı 4 formada cəza var. Təhlilə nəzər saldıqda görürük ki, bu istiqamət üzrə də müsbətə doğru dəyişiklik var. 2016-cı ildə sürət həddinin aşılması səbəbindən Bakı şəhəri üzrə baş verən yol nəqliyyat hadisələri 37 faizə enib. 2015-ci ildə bu, 46 faiz idi. Bu formada təhlil aparan zaman görürəm ki, piyadalarla bağlı cərimələrin sərtləşdirilməsi ilə eyni zamanda onların ödənilməsi mexanizmi də öz həllini tapmalıdır. Adında cərimə borcu olanlara heç bir imtiyaz verilməməlidir”.
Image result for Ekspert Ərşad Hüseynov
 
Ekspert Ərşad Hüseynov isə yaşayış məntəqələrində piyada vurma hallarının daha çox olmasına diqqət yönəltdi: “Ölçü statistikasına baxdıqda görə bilərik ki, ölkə üzrə cinayət xarakterli yol nəqliyyat hadisələrinin 40 faizini, Bakıda isə 50 faizini piyada vurma hadisələri təşkil edir. Son illər isə bu rəqəm, 60 faizə yaxınlaşıb. Hər halda, bu, həyəcan təbili çalmaq üçün əsasdır. Biz bir piyada olaraq çox intizamsızıq. Deyilən cərimənin artımı da hesab edirəm ki, müəyyən psixoloji təsir göstərəcək.  İnsanlar düşünəcəklər ki, 100 manat cərimələnə bilərlər. Bütün qayda pozan piyadalar üçün cərimələr artırılmayacaq. Müzakirə edilən qaydalara görə, yolda dəmir və ya beton sədd varsa, onu aşan piyadalar 100 manat cərimələnəcək. İdeya bundan ibarətdir. Adi küçələrdə, prospektlərdə piyadaların cəriməsi olduğu kimi qalır. Görək Milli Məclis bu məsələyə necə yanaşacaq. Bir daha qeyd edirəm ki, yalnız yüksək sürətli yollarda cərimələrin artırılması nəzərdə tutulur”.
Previous Post

Piyadalar üçün 100 manatlıq cərimə – zərurət, yoxsa…

Next Post

Rusiya da xəbər yaydı, düşmənin itkilərini açıqladı

Bənzər yazılar

ABŞ-də inflyasiyaya görə qızıl ucuzlaşır

ABŞ-də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 - 23:23

Çərşənbə günü ABŞ-də inflyasiyanın gözləniləndən daha çox sürətlənməsinin səbəb olduğu dolların möhkəmlənməsi fonunda qızılın qiymətləri kəskin şəkildə azalır. Elchi.az xəbər...

Fransada etirazlar başlayandan bəri polis 8 minə yaxın şəxsi saxlayıb

Fransada etirazlar başlayandan bəri polis 8 minə yaxın şəxsi saxlayıb

14 Oktyabr 2026 - 23:20

Fransada şagirdlərin ölkə üzrə etiraz aksiyalarına başladığı vaxtdan indiyədək hüquq-mühafizə orqanları əməkdaşları təxminən 8 min nəfəri saxlayıblar. Elchi.az -ın BFMTV...

Albaniyada tələbələr Təhsil Nazirliyinin binasına od vurublar

Albaniyada tələbələr Təhsil Nazirliyinin binasına od vurublar

14 Oktyabr 2026 - 22:19

Albaniyanın paytaxtı Tiranada etiraz aksiyasında iştirak edən tələbələr Təhsil Nazirliyinin binasına od vurublar. Elchi.az -ın "Politico" nəşrinə istinadən verdiyi məlumata...

Azərbaycanın Özbəkistanda aldığı bankın rəhbərliyi yenidən formalaşdırılıb

Azərbaycanın Özbəkistanda aldığı bankın rəhbərliyi yenidən formalaşdırılıb

14 Oktyabr 2026 - 22:17

"Azərbaycan Beynəlxalq Bankı" ASC-nin (ABB) səhmlərinin 51 %-nə nəzarət etdiyi Özbəkistanın "Davr Bank"ının rəhbərliyi yenidən formalaşdırılıb. Elchi.az Özbəkistan mətbuatına istinadən...

Next Post

Rusiya da xəbər yaydı, düşmənin itkilərini açıqladı

Rusiya da xəbər yaydı, düşmənin itkilərini açıqladı

Son xəbərlər

ABŞ-də inflyasiyaya görə qızıl ucuzlaşır

ABŞ-də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 - 23:23
Fransada etirazlar başlayandan bəri polis 8 minə yaxın şəxsi saxlayıb

Fransada etirazlar başlayandan bəri polis 8 minə yaxın şəxsi saxlayıb

14 Oktyabr 2026 - 23:20
Albaniyada tələbələr Təhsil Nazirliyinin binasına od vurublar

Albaniyada tələbələr Təhsil Nazirliyinin binasına od vurublar

14 Oktyabr 2026 - 22:19
Azərbaycanın Özbəkistanda aldığı bankın rəhbərliyi yenidən formalaşdırılıb

Azərbaycanın Özbəkistanda aldığı bankın rəhbərliyi yenidən formalaşdırılıb

14 Oktyabr 2026 - 22:17
Tramp Alyaska tarixində ən böyük enerji layihəsinin işə salındığını elan edib

Tramp Alyaska tarixində ən böyük enerji layihəsinin işə salındığını elan edib

14 Oktyabr 2026 - 22:08
“Real”ın futbolçusu Vinisius 4 oyunluq diskvalifikasiya edilib

“Real”ın futbolçusu Vinisius 4 oyunluq diskvalifikasiya edilib

14 Oktyabr 2026 - 22:05
“Reuters”: Hörmüz boğazı yaxınlığında vurulan yük gəmisi batı

“Reuters”: Hörmüz boğazı yaxınlığında vurulan yük gəmisi batı

14 Oktyabr 2026 - 22:03
Lavrov və Van İ AQEM çərçivəsində əməkdaşlığı müzakirə ediblər

Lavrov və Van İ AQEM çərçivəsində əməkdaşlığı müzakirə ediblər

14 Oktyabr 2026 - 20:58
İtaliya A Seriyası klubu uğursuzluğa görə baş məşqçisini qovub

İtaliya A Seriyası klubu uğursuzluğa görə baş məşqçisini qovub

14 Oktyabr 2026 - 20:56
Kiyevə hava hücumu zamanı azərbaycanlı ailənin mənzili dağılıb

Kiyevə hava hücumu zamanı azərbaycanlı ailənin mənzili dağılıb

14 Oktyabr 2026 - 20:53
İstanbulda leysan səbəbindən dərslər distant formada keçiriləcək

İstanbulda leysan səbəbindən dərslər distant formada keçiriləcək

14 Oktyabr 2026 - 20:50
Qətər Əmiri Azərbaycana səfərə gəlib

Qətər Əmiri Azərbaycana səfərə gəlib

14 Oktyabr 2026 - 19:30
Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub

Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub

14 Oktyabr 2026 - 19:23
Prezident Bəhreynin xarici işlər nazirini qəbul edib

Prezident Bəhreynin xarici işlər nazirini qəbul edib

14 Oktyabr 2026 - 19:21
Prezident İlham Əliyev Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul edib

Prezident İlham Əliyev Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul edib

14 Oktyabr 2026 - 19:20
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.