"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home aktual-banner

Pişiyin samanlıq siyasəti: Kərimlinin həbsi kimə sərf edirdi?

19 Noyabr 2018 - 22:10
in aktual-banner, Banner, Cebhe-banner, KÖŞƏ YAZILARI, SEÇMƏ XƏBƏRLƏR
FacebookVatsap

Bunu da oxuyun

Odessa yaxınlığında dronla vurulan gəmidən xilas edilən azərbaycanlılar Vətənə yola salınıb

İran ABŞ-la razılaşmaya əməl etmək üçün əsas görmür

DSX: Gənc əsgərlərin andiçmə mərasimi keçirilib

 Pişiyin samanlıq siyasəti: Kərimlinin həbsi kimə sərf edirdi?
Son vaxtlar AXCP-nin bloger sədri Əli Kərimli reytinq baxımından Real Partiyasının rəhbəri İlqar Məmmədova açıq-aşkar uduzurdu. Bunun isə çox sadə, eyni zamanda, normal məntiqlə yanaşanda absurd sayıla biləcək bir səbəbi vardı: İlqar Məmmədovun həbs edilmiş olması.
Nə intellekt (Onların heç biri intellektual deyillər) , nə natiqlik qabiliyyəti (bu baxımdan Kərimli Məmmədovu üstələyir) , nə sosial baza (real həyatda heç birinin ciddi tabanı yoxdur) , nə də siyasətçi üçün vacib şərt olan xarizmaya görə deyil, məhz “yatıb-çıxdığına” görə Məmmədov Kərimlini üstələyə bilmişdi. 

Belə bir vəziyyətdə AXCP-nin baş blogerinin “kiçik, amma qalibiyyətli bir müharibəyə” (Pleve) , yəni bizim şəraitə interpretasiya etsək, tutulub-buraxılmağa əşhədü-ehtiyacı vardı. Çünki həm müxalifətin əsas fiquru olmaq üçün İlqar Məmmədovla reytinq yarışında bu, vacib şərtə çevrilmişdi, həm də getdikcə “Əli Kərimliyə niyə dəyib-dolaşan yoxdur” sualı daha tez-tez səslənirdi. Xüsusilə də İlqar Məmmədovun “yatıb-çıxmasının” fonunda bu sual daha kəskin təsir bağışlayırdı.

Dəyib-dolaşan isə ona görə yox idi ki, Kərimli son illərdə özünü çox “ağıllı” aparırdı,icazəsiz heç bir aksiya keçirməmişdi. Durduğu yerdə niyə kiməsə dəyib-dolaşsınlar ki? O, bütün mitinqləri icra orqanları ilə razılaşdırır, aksiyalar qanun çərçivəsində baş tutur, hətta səslənən şüarlar belə, razılaşdırılan mövzulardan kənara çıxmırdı. Öz siyasət biznesini sakitcə yürütmək üçün optimal xətt idi. Amma İlqar Məmmədov azadlığa buraxılandan sonra ona marağın xeyli artması, görünür, Kərimlini taktikanı dəyişməyə vadar etdi. 

Burada məsələ təkcə reytinq və nüfuzda deyil, müxalifətə ayrılan qrantların axını da istiqamətini dəyişə bilərdi. Kərimli isə qrantı əldən buraxmamaq üçün bir neçə günlük həbs nədir ki, lap böyrəyinin birindən də rahatca keçməyə hazır olan insandır – illərdir onu müşahidə edən siyasi yazarlar bunu çox gözəl bilirlər.

Beliklə, indiki şəraitdə Kərimlinin “balaca bir həbsi” hamıdan çox məhz elə onun özünə lazım idi. O, “yüngülvari” tutulmaqla eyni anda bir neçə hədəfi vururdu: 1) İlqar Məmmədovla rəqabətdə çatışmayan arqumenti öz təbliğat arsenalına əlavə edir, 2) “Niyə Kərimli həbs olunmur” kimi sualları ortadan qaldırır və 3) Qrant mübarizəsində şanslarını yenidən möhkəmləndirir.

Bəs bu siyasi avantüra riskli deyildimi? Əlbəttə, yox! Kərimli kimi təcrübəli, saçını müxalifətdə ağartmış və hələ qalan tüklərini də ağardacaq bir siyasətçi əla bilirdi ki, hansı pozuntuya görə ona hansı cəzanı verə bilərlər. Buna yəqinlik hasil edəndən sonra, güman ki, neçə vaxtdir hakimiyyətə “yüngülvari” bir itaətsizlik aksiyası üçün fürsət gəzirmiş.Milli Dirçəliş Günü zamanı çoxdan gözlənilən həmin fürsət ələ düşdü.

Açığı, bunu əvvəlcədən planlaşdırmaq elə də çətin deyildi: Aydın idi ki, icazəsiz aksiyaya imkan verilməyəcək, müqaviməti imitasiya edənlər isə saxlanılacaqlar. Yəni pişiyin könlü elə lap əvvəldən samanlıqda idi, sadəcə, təcrübəli pişik bu dəfə özü işi elə qurdu ki, vurub, ora salsınlar. 

Bir tərəfdən baxanda, hər şey qanuna uyğun baş verib: İcazəsiz aksiya keçirilib və hüquqi çərçivədə ölçülər götürülüb. Amma digər tərəfdən, baş verən hadisə ancaq və ancaq Kərimlinin özünün xeyrinədir. “Bax gör, bu, kimə sərf edir” prinsipi isə hələ Qədim Romada məlum idi, o vaxtdan bəri də heç nə dəyişməyib.

Previous Post

Pişiyin samanlıq siyasəti: Kərimlinin həbsi kimə sərf edirdi?

Next Post

Yeyinti məhsulları ilə bağlı qərarda dəyişikliklər edilib

Bənzər yazılar

Odessa yaxınlığında dronla vurulan gəmidən xilas edilən azərbaycanlılar Vətənə yola salınıb

Odessa yaxınlığında dronla vurulan gəmidən xilas edilən azərbaycanlılar Vətənə yola salınıb

15 İyul 2026 - 23:26

Odessa şəhəri yaxınlığında dron hücumuna məruz qalan gəmidən xilas edilən 10 Azərbaycan vətəndaşı bu gün Ukraynadan Vətənə yola salınıb. Elchi.az...

İran ABŞ-la razılaşmaya əməl etmək üçün əsas görmür

İran ABŞ-la razılaşmaya əməl etmək üçün əsas görmür

15 İyul 2026 - 23:22

ABŞ-la qarşılıqlı anlaşma memorandumu onun müddəalarına əməl edildiyi zaman məna daşıyır, əks halda İranın ona riayət etməsi üçün heç bir...

DSX: Gənc əsgərlərin andiçmə mərasimi keçirilib

DSX: Gənc əsgərlərin andiçmə mərasimi keçirilib

14 İyun 2026 - 15:30

Dövlət Sərhəd Xidmətinin (DSX) birləşmə və hərbi hissələrində gənc əsgərlərin andiçmə mərasimi keçirilib. Bu barədə Elchi.az - a DSX-dən məlumat...

Zelenski: Rusiya Ukraynanın siyasi və hərbi mərkəzlərinə zərbələr endirməyə hazırlaşır

Zelenski: Rusiya Ukraynanın siyasi və hərbi mərkəzlərinə zərbələr endirməyə hazırlaşır

15 May 2026 - 20:32

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi Rusiya Silahlı Qüvvələrinin Ukraynaya, xüsusilə "qərar qəbuletmə mərkəzləri"nə yeni raket-dron zərbələri endirməyə hazırlaşması barədə...

Next Post
Yeyinti məhsulları ilə bağlı qərarda dəyişikliklər edilib

Yeyinti məhsulları ilə bağlı qərarda dəyişikliklər edilib

Yeyinti məhsulları ilə bağlı qərarda dəyişikliklər edilib

Yeyinti məhsulları ilə bağlı qərarda dəyişikliklər edilib

Son xəbərlər

“Kəpəz” 15 yaşlı futbolçu ilə peşəkar müqavilə imzaladı

“Kəpəz” 15 yaşlı futbolçu ilə peşəkar müqavilə imzaladı

17 Sentyabr 2026 - 17:59
Tailandda ölümcül gənə virusu həyəcanı

Tailandda ölümcül gənə virusu həyəcanı

17 Sentyabr 2026 - 17:47
Qazaxda bədii gimnastika üzrə “Grace of Nature” turniri keçiriləcək

Qazaxda bədii gimnastika üzrə “Grace of Nature” turniri keçiriləcək

17 Sentyabr 2026 - 17:36
Ceyhun Bayramov: Azərbaycan TRACECA çərçivəsində əməkdaşlığa xüsusi önəm verir

Ceyhun Bayramov: Azərbaycan TRACECA çərçivəsində əməkdaşlığa xüsusi önəm verir

17 Sentyabr 2026 - 17:28
Prezident Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub – YENİLƏNİB – FOTO

Prezident Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub – YENİLƏNİB – FOTO

17 Sentyabr 2026 - 17:22
Azərbaycan Basketbol Liqasında yeni mövsümün ilk oyununun tarixi açıqlandı

Azərbaycan Basketbol Liqasında yeni mövsümün ilk oyununun tarixi açıqlandı

17 Sentyabr 2026 - 17:15
Ərdoğanın Nyu-York səfəri: Trampla təkbətək görüş planlaşdırılır

Ərdoğanın Nyu-York səfəri: Trampla təkbətək görüş planlaşdırılır

17 Sentyabr 2026 - 17:08
Azad edilmiş ərazilərdə daha 86 şəxs üçün kiçik ailə biznesləri yaradılıb

Azad edilmiş ərazilərdə daha 86 şəxs üçün kiçik ailə biznesləri yaradılıb

17 Sentyabr 2026 - 16:58
İsveçin baş naziri istefa verib

İsveçin baş naziri istefa verib

17 Sentyabr 2026 - 16:44
Lerikdə zəlzələ olub

Lerikdə zəlzələ olub

17 Sentyabr 2026 - 16:37
Azərbaycan Prezidenti: BMT sistemi normal fəaliyyət göstərsəydi ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq

Azərbaycan Prezidenti: BMT sistemi normal fəaliyyət göstərsəydi ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq

17 Sentyabr 2026 - 16:29
Famil Mustafayev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib

Famil Mustafayev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib

17 Sentyabr 2026 - 16:25
Prezident İlham Əliyev: Azərbaycanla Türkiyənin birgə fəaliyyəti bölgəmizdə və dünyada sabitliyi daha da gücləndirir

Prezident İlham Əliyev: Azərbaycanla Türkiyənin birgə fəaliyyəti bölgəmizdə və dünyada sabitliyi daha da gücləndirir

17 Sentyabr 2026 - 16:20
Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edib – YENİLƏNİB

Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edib – YENİLƏNİB

17 Sentyabr 2026 - 16:18
Azərbaycanda DSK-lar yenidən formalaşdırılır

Azərbaycanda DSK-lar yenidən formalaşdırılır

17 Sentyabr 2026 - 16:13
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.