Pişiklər "Qalatasaray"ın stadionunu "saraltdı"
ANS PRESS-in məlumatına görə, buna səbəb pişiklər olub. Nə qədər qəribə səslənsə də, pişiklər meydançanın ot örtüyünü mundarlayıblar.
Xüsusilə gecə saatlarında stadiona girən çox sayda pişik ot örtüyünün saralmasına səbəb olub. Klubun rəsmilərin pişiyin sidiyində turşu olduğunu və buna görə problem yarandığını bildiriblər.
Bu stadionda ən son matç 4 ay əvvəl oynanılıb. Ancaq ot örtüyünü indiki vəziyyəti narahatlıq doğurur.