"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home aktual-banner

Pişiklər də aslan soyundandır – İş adamından Aslan İsmayılova cavab

18 Avqust 2017 - 11:06
in aktual-banner, Banner, Cebhe-banner
FacebookVatsap

“Adımı sənə qoyaram, səni yana-yana qoyaram”. Bu gün Aslan İsmayılovun Hafiz Hacıyev haqqında yazdığı hədyanları oxuyanda bu atalar sözü yadıma düşdü.
Əvvəla, ona görə ki, şəxsən mənimlə məhkəmə çəkişmələrində bircə dəfə olsun, məhkəməyə gəlməyən bu adam Hafiz Hacıyevə qarşı eyni ittihamı irəli sürürdü. Əgər həqiqətən də məhkəmədən yayınmaq hüququn işləməsi üçün bu qədər vacibdirsə, Aslan İsmayılov özü niyə bu addımı atmır? Axı Hafiz Hacıyevdən fərqli olaraq, o, hüquqşunasdır və hüquqa, qanuna birinci növbədə özü hörmət etməli, başqalarına nümunə olmalıdır.
Mümkündür ki, Aslan İsmayılov bu iradımı hüququn ədalətsizliyi ilə izah etsin, Azərbaycan məhkəmələrinin obyektiv qərar çıxaracağına inamsızlığını əsas gətirsin. Elədirsə, onun öz rəqibini məhkəməyə verməsini, ədalətinə inanmadığı hakimin hökmündən mədəd ummasını necə başa düşək?
“Biz ki deyilik rəiyyət, bizlərə nə şəriət” anlayışını özünün həyat fəlsəfəsinə çevirən Aslan İsmayılova antik dövrün ən böyük filosofu Sokratın öz həyatı bahasına ödədiyi hüquqa sayqısını nümunə gətirmək yerinə düşərdi. Rəvayətə görə, çıxarılacağı məhkəmədə ölüm hökmüylə cəzalandırılacağı bilinən filosofa tələbələri gizlənməyi təklif edirlər. Sokratın cavabı isə konkret olur: “Mən başqalarına hüquqa hörmət göstərməyi təlqin etdiyim halda, özüm onun cilvəsindən qaça bilmərəm. Əks halda özüm yaşayar, sözüm ölər. Sözünün heç bir dəyəri qalmayan diridənsə, sözü ədəbi yaşayan ölü olmaq daha şərəflidir”.
Bildirildiyinə görə, Sokrat bu düşüncəylə məhkəməyə gedir, son sözünü deyir və zəhər içib hüquqa hörmətin nümunəsini öz ölümü bahasına yaradaraq, həyatdan köçür.
Hüquqşunas kimi Aslan İsmayılov da sözünün ötkəmliyi üçün ilk növbədə hüquqa hörmətini ortaya qoymalı, daha sonra başqalarından da eyni addımı gözləməlidir. Hər halda, onu bu dürüstlüyünə görə, Sokratdan fərqli olaraq, ölüm də gözləmir.
Aslan İsmayılovun adını özgəsinə qoyduğu digər xüsusiyyəti hər kəsi təhqir etdiyi halda, Hafiz Hacıyevi məhz bu ittihamla məhkəməyə verməsidir. Sözsüz ki, öz ləyaqətinə, şərəfinə hörmət edən adam başqasının ünvanına haqsız daş atmamalıdır. Həm də öz qapısı şüşədən olduğu halda. Heç uzağa getməyək, Hafiz Hacıyev haqqında paylaşdığı son statusunda belə, bu adam gül ağzını natəmizliklərdən qoruya bilməmiş, fikrini təhqir və söyüşlərlə ictimaiyyətə çatdırmışdır. Həmin statusda onun ən tərbiyyəli sözü isə “Balıq Hafiz” kəlməsi olmuşdur.
Yəqin razılaşarsınız ki, bir insanı icra etdiyi vəzifəsinə görə aşağılamaq, ilk növbədə, hüquqşunasa yaraşmaz. O başqa söhbətdir ki, Hafiz Hacıyevin keçmişdə daşıdığı vəzifə nəinki aşağılanmağa layiq deyil, əksinə, hər kəsin can atdığı statusdur. Bir ölkənin naziri, konsern rəhbəri olmaq yüzlərlə aslanismayılovların yatsa da yuxusunda belə görə bilməyəcəkləri məziyyətdir. Atalar demişkən, “əli ətə çatmayan pişik, “iylənib” deyər”. Bu atalar sözündən çıxış etsək, Aslan İsmayılovun “Azərbalıq” Dövlət Balıqçılıq Təsərrüfatı Konserninin sədri vəzifəsini aşağılaması da başadüşüləndir. Axı pişiklər də aslan soyundandır və adətən, özlərini pişik yox, aslan kimi görürlər.
Aslan İsmayılovun Hafiz Hacıyevin mülkiyyəti barədə irəli sürdüyü ittihamlar da “öz gözü tirli olanların özgə gözdə qıl axtarmalarına” bənzəyir. Adını hüquqşunas qoyan bu adam, ortaya qoyduğu dəlillərlə əslində Hafiz Hacıyevin malik olduğu sərvətlərin alın təriylə qazanıldığını sübut etdiyinin fərqində belə deyil. Anlamır ki, Göygöldə təsərrüfat sahibi olmaq bir insanın şərəfinə kölgə salmaz, əksinə, onu neçə ailəyə çörək verən iş adamı kimi ucaldır. Kiminsə böyük zəhmət hesabına əldə etdiyi varidatı sadalamaq yerinə, Aslan İsmayılov öz oğluna bahalı toy etməsinin hesabatını versə, şəffaflıq adına daha ciddi addım atmış olar. Axı, hətta vəkillik etmək hüququnu itirmiş bu adamın “Fairmont” restoranında oğluna etdiyi 300 min manatlıq toyun vəsaitinin haradan qazanması daha çox mübahisəyə açıqdır.
Haqqında bəhs etdiyim həmin statusda diqqətimi cəlb edən bir başqa məqam isə, Hafiz Hacıyevin yaratdığı kənd təsərrüfatı müəssisəsi üçün heç bir vergi verməməsiylə bağlı iddiadır. Adını vəkil qoyan Aslan İsmayılov hələ də bilmir ki, kənd təsərrüfatı müəssisələri vergilərdən azad olunub. Bu savadla insanların hüququnu qorumağa iddia edən vəkil zəhmət çəkib qanunlarla maraqlansa, daha xeyirli addım atar. Nə yazıq ki, Aslan İsmayılovun elə bir dərdi yoxdur. Çünki o problemləri hüquqi müstəvidə yox, facebook səhifəsində ona-buna söyüş yağdırmaq və şantajla həll etməyə çalışır.
Statusun həmin hissəsində Aslan İsmayılov mənim bostanıma da daş atmağı unutmayıb. İddia edir ki, guya, mən Aslan İsmayılovu zərərsizləşdirmək üçün Hafiz Hacıyevə bu il mayın 17-də 19 min 100 ədəd cücə hədiyyə etmişəm. Doğrusu, Aslan İsmayılovun özünə bu qədər dəyər verməsi məni xeyli təəccübləndirdi. Ona görə yox ki, o öz şərəf və ləyaqətinin 20 min ədəd cücəyə ekivalent olduğunu bir növ etiraf edir. Ona görə ki, nə mən bu qədər bədxərcəm, nə də Hafiz Hacıyev o qədər “Allahsız”dır ki, Aslan İsmayılovu ifşa etmək üçün 20 min cücə istəyə. Əminəm ki, hörmətli Hafiz bəyə bu adamın içüzünü ortaya qoymaq çıxarmaq üçün bircə xahiş belə yetərli olardı. Çünki Hafiz Hacıyev həmişə dövlətçilik əleyhinə olan qüvvələri tam təmənnasız ifşa etməklə ad çıxarıb və Aslan İsmayılov da bu qəbildən olan varlıqlardandır. Adətən, bu cür varlıqlar hər şeyi öz arşınlarıyla ölçürlər. İnana bilmirlər ki, Hafiz Hacıyev kimi insanlar haqq sözünü demək üçün kiminsə hədiyyəsinə ehtiyac duymur, erməniyə vəkillik etmir, düşmən çörəyi yemirlər.
Görünür, buna görə də xarici qüvvələrin sponsorluğu ilə ölkədə hərc-mərclik yaratmağa çalışan Aslan İsmayılov Hafiz Hacıyevin övladlarının Azərbaycanın dövlət orqanlarında işləməsini də həzm edə bilmir. Allah eşqinə, siz hələ bu adamın ittihamına baxın: Hafiz bəyin övladları müxtəlif dövlət orqanlarında yüksək vəzifələrdə işləyir. Burda qəbahətli olan nədir? Hər halda bu gənclər başqaları kimi ingilisə, almana xidmətçilik etmirlər. Aslan İsmayılovun Gürcüstanda türk iş adamını dələduzluqla aldatmaqda ad çıxaran və indi xaricə sığınan oğul atası olduğunu nəzərə alanda onun dövlət qulluqçuluğuna bu münasibətinin əsl səbəbi ortaya çıxır.
Ey Aslan kimi vüqarlı bir heyvanın adını daşıyan insan, sən Hafiz Hacıyevın dəyərini anlaya bilmərsən. Bir adamın həqiqi qiymətini vermək üçün, demirəm o adam dəyərində, heç olmasa, onun kəsilən dırnağı qədər olmağı bacarmalısan. Sən isə, bu dəyərdən yoxsul birisisən. Özündən qat-qat yüksəklərdə olana tüpürmə! Unutma ki, dağ ətəyində dayanıb zirvələrə tüpürmək istəyənlər, adətən, öz tüpürcəklərində boğulurlar.

Bunu da oxuyun

Erkən nikahlar sosial bəladır: Sosioloqdan ÇAĞIRIŞ

Odessa yaxınlığında dronla vurulan gəmidən xilas edilən azərbaycanlılar Vətənə yola salınıb

İran ABŞ-la razılaşmaya əməl etmək üçün əsas görmür

Previous Post

Pişiklər də aslan soyundandır – İş adamından Aslan İsmayılova cavab

Next Post

Azərbaycan XİN İspaniyadakı terroru pislədi

Bənzər yazılar

Erkən nikahlar sosial bəladır: Sosioloqdan ÇAĞIRIŞ

Erkən nikahlar sosial bəladır: Sosioloqdan ÇAĞIRIŞ

22 Sentyabr 2026 - 13:39

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Vətəndaş” Tədqiqat və İnkişaf İctimai Birliyi tərəfindən “Əvvəl bilik, sonra...

Odessa yaxınlığında dronla vurulan gəmidən xilas edilən azərbaycanlılar Vətənə yola salınıb

Odessa yaxınlığında dronla vurulan gəmidən xilas edilən azərbaycanlılar Vətənə yola salınıb

15 İyul 2026 - 23:26

Odessa şəhəri yaxınlığında dron hücumuna məruz qalan gəmidən xilas edilən 10 Azərbaycan vətəndaşı bu gün Ukraynadan Vətənə yola salınıb. Elchi.az...

İran ABŞ-la razılaşmaya əməl etmək üçün əsas görmür

İran ABŞ-la razılaşmaya əməl etmək üçün əsas görmür

15 İyul 2026 - 23:22

ABŞ-la qarşılıqlı anlaşma memorandumu onun müddəalarına əməl edildiyi zaman məna daşıyır, əks halda İranın ona riayət etməsi üçün heç bir...

DSX: Gənc əsgərlərin andiçmə mərasimi keçirilib

DSX: Gənc əsgərlərin andiçmə mərasimi keçirilib

14 İyun 2026 - 15:30

Dövlət Sərhəd Xidmətinin (DSX) birləşmə və hərbi hissələrində gənc əsgərlərin andiçmə mərasimi keçirilib. Bu barədə Elchi.az - a DSX-dən məlumat...

Next Post

Azərbaycan XİN İspaniyadakı terroru pislədi

Azərbaycan XİN İspaniyadakı terroru pislədi

Son xəbərlər

Təyyarələrdə heyətin iş və istirahət vaxtının tənzimlənməsi proseduru müəyyənləşir

Təyyarələrdə heyətin iş və istirahət vaxtının tənzimlənməsi proseduru müəyyənləşir

13 Oktyabr 2026 - 12:26
“Sabah”ın oyunu ilə əlaqədar metronun iş rejimi gücləndiriləcək

“Sabah”ın oyunu ilə əlaqədar metronun iş rejimi gücləndiriləcək

13 Oktyabr 2026 - 12:18
9 ayda Azərbaycanda 12 mlrd. manatlıq kənd təsərrüfatı məhsulu istehsal edilib

9 ayda Azərbaycanda 12 mlrd. manatlıq kənd təsərrüfatı məhsulu istehsal edilib

13 Oktyabr 2026 - 12:10
Laos Prezidenti Azərbaycan dövlət başçısına tələbələrlə bağlı təklifinə görə təşəkkür edib

Laos Prezidenti Azərbaycan dövlət başçısına tələbələrlə bağlı təklifinə görə təşəkkür edib

13 Oktyabr 2026 - 12:00
Prezident İlham Əliyev: Azərbaycan ərazisində bütün əsas nəqliyyat-logistika layihələri artıq reallaşıb

Prezident İlham Əliyev: Azərbaycanın xarici ölkələrə sərmayə qoyuluşu ildən-ilə genişlənir

13 Oktyabr 2026 - 11:56
Prezident İlham Əliyev: Azərbaycan ərazisində bütün əsas nəqliyyat-logistika layihələri artıq reallaşıb

Prezident İlham Əliyev: Azərbaycan ərazisində bütün əsas nəqliyyat-logistika layihələri artıq reallaşıb

13 Oktyabr 2026 - 11:44
Azərbaycanda nağdsız ödənişlərin payı 70%-ə yaxınlaşıb

Azərbaycanda nağdsız ödənişlərin payı 70%-ə yaxınlaşıb

13 Oktyabr 2026 - 11:30
Milli Məclisin iclası başlayıb

Milli Məclisin iclası başlayıb

13 Oktyabr 2026 - 11:24
Milli Məclisin iclası başlayıb

İsraildə müxalifət Netanyahunu qabaqlayır

13 Oktyabr 2026 - 11:15
Azərbaycan və Laos prezidentlərinin təkbətək görüşü olub

Azərbaycan və Laos prezidentlərinin təkbətək görüşü olub

13 Oktyabr 2026 - 11:05
Laos Prezidentinin Bakıda rəsmi qarşılanma mərasimi olub

Laos Prezidentinin Bakıda rəsmi qarşılanma mərasimi olub

13 Oktyabr 2026 - 10:59
DİM sədri: Bu il Prezident təqaüdünə namizəd olan 15 nəfər kənd və qəsəbə məktəblərinin məzunudur

DİM sədri: Bu il Prezident təqaüdünə namizəd olan 15 nəfər kənd və qəsəbə məktəblərinin məzunudur

13 Oktyabr 2026 - 10:51
Sabah Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar ödəniləcək

Sabah Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar ödəniləcək

13 Oktyabr 2026 - 10:42
Türk dövlətləri fintex sahəsində əməkdaşlığı Bakıda müzakirə edir

Türk dövlətləri fintex sahəsində əməkdaşlığı Bakıda müzakirə edir

13 Oktyabr 2026 - 10:34
Çempionlar Liqası: “Sabah” bu gün Çexiyanın “Slaviya” klubunu qəbul edəcək

Çempionlar Liqası: “Sabah” bu gün Çexiyanın “Slaviya” klubunu qəbul edəcək

13 Oktyabr 2026 - 10:19
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.