Pirəkəşküldə yararsız döyüş sursatları məhv ediləcək

🗓 02.06.2025 14:32 ✍️ "Elçi" qəzeti
Pirəkəşküldə yararsız döyüş sursatları məhv ediləcək

Pirəkəşküldə istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatları məhv ediləcək.

Bu barədə Elchi.az - a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, sözügedən döyüş sursatları iyunun 2-5-də təhlükəsizlik qaydalarına riayət olunmaqla Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda məhv ediləcək:

"Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq".

Bənzər yazılar