Meksikada pilot təyyarənin idarəsini müğənni və serial aktrisası Esmeralda Uqaldeyə verib. Həmin vaxt təyyardədə 128 nəfər olub. Bu barədə lenta.ru saytı “The
Telegraph”a istinadən xəbər verib. Nəşrin yazdığına görə, insident Kankun-Mexiko reysi zamanı baş verib. Pilot Uqaldenin israrları qarşısında razılaşaraq onu pilotların oturduğu yerə buraxıb. Kabinada həmçinin aktrisanın 19 yaşlı rəfiqəsi də olub. Sonuncu onun başında pilot papağı ilə bir neçə şəklini çəkib. Qalmaqal isə aktrisanın bu fotoları sosial şəbəkədə paylaşmasından sonra yaşanıb. Twitterdə fotolarını paylaşan Esmeraldanın 40 minə yaxın təqibçisi olması qalmaqalın daha da böyüməsinə səbəb olub. Nəticədə isə pilotu işdən azad ediblər. Aktrisanın rəfiqəsi isə bildirib ki, insident hələ təyyarə yerdə olanda baş verib. Pilot özü isə qaydanı pozduğunu etiraf edib və işdən azad edilib.
Abşeron yarımadasının bəzi yerlərində şimşək çaxacağı gözlənilir
Bakıda və Abşeron yarımadasında iyunun 15-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin günün birinci yarısında...



















Son şərhlər