Rusiyanın İstra bölgəsində hava hücumundan müdafiə sistemi tərəfindən vurulan pilotsuz uçuş aparatı RT-nin baş redaktoru Marqarita Simonyanın evinin yaxınlığında düşüb.
Elchi.az bu barədə Mk.ru-ya istinadən bildirir.
“İstra rayonunda vurulan pilotsuz təyyarə bizim yanımızda olan küçəyə düşüb”, –deyə jurnalist öz Teleqram kanalında yazıb”.
Jurnalist itki və dağıntı olmadığına görə hava hücumundan müdafiə qüvvələrinə təşəkkür edib.
Qeyd edək ki, səhər saatlarında Ukrayna Silahlı Qüvvələri iki pilotsuz uçan aparatı havaya buraxıb. Hər iki PUA Moskva vilayəti üzərində müxtəlif ərazilərdə vurulub. Pilotsuz təyyarələrin hücumu səbəbindən paytaxt hava limanları bağlanıb.
Yeganə