4,7 düym ekranlı və 5,5 düym ekranlı iPhone 6 arasında 200 avro fərq var. ABŞ-ın Apple korporasiyasının satışa çıxaracağı yeni smartfon olacaq iPhone6-nın ilkin satış qiyməti artıq bəllidir. Bizimyol.info milli.az-a istinadən bildirir ki, 4,7 düymlük ekrana malik iPhone 6 (16 geqabayt daxili yaddaşlı) Avropa ölkələrində 750 avrodan, 5,5 düym ekranlı iPhone 6 isə 950 avrodan satılacaq. Hazırda 16 geqabayt daxili yaddaşlı iPhone 5S Avropa Birliyi ölkələrində 699 avroya satılır. Şərqi Avropa ölkələrində isə 4,7 düym ekranlı iPhone 6 smartfonu 780 avroya, 5,5 düym ekranlı iPhone 6 isə 980 avroya satılacaq.
Avstriyada uşaqlara sosial şəbəkələr qadağan edilir
Avstriya hökuməti uşaqların internetdə qorunması sahəsində 14 yaşdan kiçik uşaqların sosial şəbəkələrdən istifadəsinə qadağa qoyulmasını və böyüklər üçün nəzərdə tutulmuş...




















Son şərhlər