Bir səfirə hücum etmək dövlətə hücum etmək anlamına gəlir.
Bu sözləri Kreml sözçüsü Dmitri Peskov deyib.
“Bu qorxunc xəbər hər kəs tərəfindən, xüsusilə cənab Prezident Vladimir Putin tərəfindən həm insani, həm də dövlətlərarası faciə olaraq qəbul edildi”, – Peskov bildirib.
Peskov onu qeyd edib ki, hadisədən dərhal sonra Ərdoğanla Putinin telefon əlaqəsi yaratması hər iki liderin qətiyyətini ortaya qoydu:
“Tərəflər bu hadisənin ölkələrarası münasibəti pozmağa icazə verməyəcəklərini açıqladılar”.