Kreml sözçünün sözlərinə görə, belə qərarlar üçün heç bir əsas yoxdur.
Elchi.az xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov Wall Street Journal-ın bütün rusiyalı jurnalistləri ölkədən çıxarmaq çağırışını absurd və yanlış adlandırıb. Onun fikrincə, belə tədbirlərin görülməsinə heç bir əsas yoxdur.
“Burada etibarlı akkreditasiyası olan bütün jurnalistlər, yəni xarici jurnalistləri nəzərdə tuturam, onlar bizim ölkədə jurnalist fəaliyyətlərini davam etdirə və davam etdirə bilərlər”, – deyə Peskov Qerşkoviçin digər jurnalistlərlə müqayisəsinin yolverilməzliyini qeyd edib. Peskov vurğulayıb ki, saxlanılan WSJ jurnalisti casusluq fəaliyyəti ilə məşğul olub, real jurnalistlər isə Rusiyada heç bir məhdudiyyətlə üzləşmir və mükəmməl işləyirlər.
“Belə olan halda vicdanlı jurnalistlərin hüquqlarını məhdudlaşdırmaq absurd və yanlış olardı”, – Peskov əlavə edib.
Şayəstə