Peskov: Ukrayna münaqişəsi artan spiralla inkişaf edir

35

Dmitri Peskov həmçinin qeyd edib ki, hər şey ona doğru gedir ki, “münaqişə pisləşir.
Elchi.az xəbər verir ki, Rusiya liderinin mətbuat katibi Dmitri Peskov hesab edir ki, Ukraynada münaqişə yüksələn xətt üzrə inkişaf edir. Eyni zamanda, o əlavə edib ki, Şimali Atlantika Alyansının orada iştirakı artır.
– Hələlik vəziyyətin yuxarı spiralla inkişaf etdiyini görürük. Biz NATO ölkələrinin bu münaqişədə dolayı, bəzən isə birbaşa iştirakının artdığını görürük”, – deyə Peskov jurnalistlərin münaqişənin daha bir gərginlik məqamının keçdiyini söyləmək mümkün olub-olmaması ilə bağlı sualını cavablandırarkən bildirib.
Kremlin rəsmi nümayəndəsi onu da qeyd edib ki, hər şey “münaqişənin pisləşməsinə və əlavə gərginlik doğurmasına” doğru gedir.
Bir gün əvvəl Peskov bildirib ki, Ukraynadakı münaqişənin tezliklə bitməsinin əsas şərti keçmiş sovet respublikasının rəhbəri Vladimir Zelenskinin Rusiyanın şərtləri ilə danışıqlara hazır olmasıdır. O vurğulayıb ki, Kiyev rejiminin başçısı Moskvanın tələblərini nə qədər tez qəbul edərsə, münaqişənin sonu bir o qədər yaxındır.

Şayəstə