Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiya prezidenti Vladimir Putinin hamı ilə, o cümlədən Avropa İttifaqı (Aİ) ilə danışıqlara hazır olduğunu təsdiqləyib.
Elchi.az xəbər verir ki, o, Avropa İttifaqı Şurasının prezidenti Antonio Kostanın Aİ ilə Rusiya prezidenti arasında danışıqlar potensialının mövcudluğu ilə bağlı fikirlərini şərh edərkən deyib.
“Putin hər kəslə danışıqlara hazırdır. O, bunu dəfələrlə bəyan edib”,-deyə Peskov bildirib
O, əlavə edib ki, Rusiya Avropa İttifaqı ilə təmaslara təkbaşına başlamayacaq, baxmayaraq ki, Avropa buna hazır olduğu qədər dialoqu irəlilətməyə hazırdır.
“Bəli, biz dialoqumuzu avropalıların hazır olduğu qədər irəli aparmağa hazır olacağıq. Lakin, Rusiya Prezidenti Vladimir Putinin dəfələrlə bəyan etdiyi kimi, avropalıların tutduğu mövqedən sonra biz özümüz belə təmaslara başlamayacağıq”-deyə Kremlin sözçüsü izahat verib.
Daha əvvəl Peskov bəyan edib ki, Rusiya Ukraynada öz məqsədlərinə sülh yolu ilə nail olmağa üstünlük verir.
Yeganə





















