Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, dövlət başçısının Federal Məclisə ünvanladığı mesaj təxminən bir saat davam edəcək.
Elchi.az RİA NOVOSTİ-yə istinadən xəbər verir ki, Rusiya prezidenti Vladimir Putinin müraciətinin saat 12:00-da başlayacağı gözlənilir.
Bildirilib ki, NVO üzvləri bu il Qostinı Dvorda olacaqlar. Onlardan əlavə, Rusiya prezidenti deputatlar, senatorlar, siyasətçilər və ictimai xadimlər qarşısında çıxış edəcək. Daha əvvəl Peskov Rusiya liderinin çıxışının əhəmiyyətli hissəsinin NVO-ya həsr olunacağını bildirmişdi.
Yeganə