Ermənistanın baş naziri Nikol Paşinyan Monqolustan baş naziri Luvsannamsrayn Oyuun-Erdeneyə Ay Yeni ili münasibətilə təbrik məktubu göndərib.
Elchi.az bu barədə Armenpress-ə istinadən xəbər verir.
Mesajda deyilir:
“Zati-aliləri,
Sizi Ay Yeni ili münasibətilə ürəkdən təbrik edirəm.
Qoy Monqolustanda ənənəvi olaraq qeyd olunan və yazın gəlişini müjdələyən bu bayram bütün ailələrə istilik, sevgi və harmoniya gətirsin.
Əminəm ki, erməni və monqol xalqları arasında qarşılıqlı hörmət və anlaşma qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi və inkişafı üçün əsas ola bilər.
Ümidvaram ki, biz birgə səylərlə xalqlarımızın rifahı naminə Ermənistan-Monqolustan münasibətlərinə keyfiyyətcə yeni təkan verməyə nail olacağıq.
Sizə möhkəm cansağlığı və yeni uğurlar, dost Monqolustan xalqına sülh və firavanlıq arzulayıram”.
Yeganə