Peskov general-polkovnik Lapinin yeni təyinatı ilə bağlı sualı cavablandırıb

59

Peskov deyib ki, general-polkovnik Lapinin yeni təyinatı Putinin ictimai fərmanlarında yoxdur.
Elchi.az xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov xüsusi əməliyyat zamanı Mərkəz qrupuna komandanlıq edən general-polkovnik Aleksandr Lapinin yeni təyinatı ilə bağlı jurnalistlərin sualını cavablandırıb.
Rusiya prezidentinin mətbuat katibinə mətbuatda Lapinin Rusiya Quru Qoşunlarının Baş Qərargahının rəisi vəzifəsinə təyin edilməsindən bəhs edən xəbərlər barədə məlumat verilib, həmçinin Rusiya liderinin həqiqətən də müvafiq fərmanı imzalayıb-imzalamaması soruşulub.
Peskov həm açıq, həm də gizli fərmanların olduğunu əsas gətirərək məlumatı təsdiq və ya təkzib etməyib.
“Dərc olunan fərmanlar arasında indiyədək belə bir fərman olmayıb”, – Kreml sözçüsü əlavə edib.

Şayəstə