Peskov: “Aİ-nin məntiqi başa düşülən deyil”

87

“Kreml Rusiya biznes nümayəndələrinə qarşı sanksiyaların qoyulması və aradan qaldırılmasının məntiqini başa düşmür, lakin onların arasında satqınlar da var”.

Elchi.az İnterfax.ru-ya istinadən xəbər verir ki, bu fikirləri Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov söyləyib.

“Biz nə faktiki sanksiyaların məntiqini, nə də onların aradan qaldırılmasının məntiqini başa düşmürük. Avropada çətin ki, kimsə bu məntiqi izah edə bilsin.

Məhkəmədə öz maraqlarını sistemli və metodik şəkildə müdafiə edən iş adamları var. Bu, istənilən biznesmenin hüququdur və biz buna hörmətlə yanaşırıq”, – deyə Peskov bildirib.

Xatırladaq ki, Avropa İttifaqı (Aİ) dörd rusiyalını, o cümlədən, Aİ şirkətlər qrupunun sahibi Qriqori Berezkin və “Ozon”un keçmiş baş direktoru Aleksandr Şulqini sanksiyalar siyahısından çıxarıb.

Yeganə