Pentaqondan xəbərdarlıq : “HƏMAS ləğv edilsə, yerini İŞİD tutacaq...”

🗓 27.07.2014 14:45 ✍️ "Elçi" qəzeti
HƏMAS Fələstin qruplaşmasının ləğvi Yaxın Şərqdə situasiyanın daha da pisləşməsinə gətirəcək.teleqraf.com1406450305img1609870 Musavat.com-un “Reures”ə istinadən verdiyi məlumata görə, bu barədə ABŞ Müdafiə Nazirliyinin Kəşfiyyat İdarəsinin başçısı Maykl Flinn bəyan edib.
Onun qənaətincə, HƏMAS-in sıradan çıxarılması regionda yeni və daha təhlükəli təşkilatın yaranmasına səbəb olacaq. Nümunə kimi o, İraqın bir sıra şəhərlərini ələ keçirərək “xilafət” elan eləmiş “İraq-Şam İslam Dövləti”ni (İŞİD) göstərib.
Xatırladaq ki, az öncə İsrail Qəzza sektorunda humanitar atəşkəsi iyilun 27-dək uzatmağa razı olsa da, HƏMAS təklifi rədd edib.

Bənzər yazılar