Pentaqon Ukraynanı kəşfiyyat məqsədləri üçün pilotsuz uçuş aparatlarından asılılığını azaltmağa və daha çox ənənəvi imkanlara arxalanmağa çağırıb.
Elchi.az Vesti.ru-ya istinadən bildirir ki, bu barədə “The Washington Post” nəşri yazıb.
ABŞ hərbi rəsmilərinin təklifi Ukraynanın yerdəki hərbi kəşfiyyatçılarından daha çox istifadə etməli olduğunu nəzərdə tutur.
Bundan əlavə, Pentaqon Ukraynaya artilleriya atəşini ən vacib hədəflərə yönəltməyi tövsiyə edir. Məlumata görə, Ukrayna qüvvələri artıq xeyli sayda NATO çaplı 155 mm-lik artilleriya mərmilərindən istifadə edib və demək olar ki, belə mərmilər tükənib.
Yeganə