Pentaqonun sözçüsü briqada generalı Patrick Ryder, Vaqnerin qurucusu Yevgeni Priqojinin ölümü ilə əlaqədar, “Vaqner qrupu mahiyyətcə bitdi”. dedi.
Elchi.az xəbər verir ki, mətbuat katibi Rayder gündəlik mətbuat konfransında gündəmi dəyərləndirib və jurnalistlərin suallarını cavablandırıb.
Yığıncaqda bir jurnalist, keçən il Şimali Koreyanın Vaqnerə silah satdığına dair irəli sürülən iddiaları xatırladaraq, “Vaqner ilə Şimali Koreya arasındakı silah müqaviləsinin bitdiyinə inanırsınızmı?” sualını verdi.
Vaqnerin qurucusu Priqojinin ölümünə toxunan Ryder, “Burada əsas məqam Wagner qrupunun mahiyyətcə bitməsidir. Ona görə də deyə bilərəm ki, heç bir danışıqlar yoxdur”. ifadələrdən istifadə etmişdir.
Vaqnerin bir müddətdir Rusiya-Ukrayna müharibəsində meydanda ən təsirli faktor olduğunu ifadə edən Ryder, “Rusiya İran və Şimali Koreya kimi zalım rejimlərdən sursat və ya silah almağa çalışır” dedi.
Rayder Şimali Koreyanı Rusiyaya heç bir silah verməməyə çağırdığını təkrarlayıb.
Şayəstə Hüseynova