ABŞ-ın Nebraska ştatında nəqliyyat vasitəsinin yan oturacağında oturan öküz sürücü ilə uzun müddət magistral yolda səyahət edib. Polis tərəfindən saxlanılan avtomobilin sürücüsünə xəbərdarlıq edilib. Bütün bunlar davam edərkən öküzün sakit oturduğu anlar kameraya əks olunub.
Elchi.az xəbər verir ki, Nebraska polisi ön sərnişin oturacağında nəhəng öküz olan avtomobili saxlayıb.
Çərşənbə günü, avqustun 30-da səhər Norfolk şəhərinin yerli polisinə bir adamın sərnişin oturacağında öküzlə sürdüyü barədə məlumat verilib.
Polis əməkdaşları yerli mətbuata bildiriblər ki, əvvəlcə avtomobilin içərisində kiçik bir buzov görəcəklərini gözləyirdilər.
Bunun əvəzinə nəhəng spiral buynuzları ilə tanınan Vatusi öküzünü tapdılar.
Norfolk polis departamentinə istinadən yerli KİV-lər yazıb ki, polis əməkdaşı sürücüyə xəbərdarlıq yazıb, ondan şəhəri tərk edib öküzü evinə aparmasını istəyib.
Şayəstə Hüseynova