ABŞ-ın müdafiə naziri Lloyd Ostin Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşüb. Elchi.az xəbər verir ki, bu barədə Pentaqonun rəhbəri “X” sosial şəbəkəsindəki səhifəsində yazıb.
ABŞ Müdafiə Nazirliyinin rəhbəri Ukrayna lideri ilə görüşü şərəf adlandırıb. “Biz müttəfiqlərimiz və tərəfdaşlarımızla birlikdə Ukraynanın təcili döyüş və uzunmüddətli müdafiə ehtiyaclarını dəstəkləməyə davam edəcəyik” – deyə o bildirib.
Əvvəllər Pentaqon ABŞ Konqresi yeni yardım paketini qəbul edənə qədər Ukraynaya dəstək üçün qalan vəsaitin nə qədər davam edəcəyini dəqiqləşdirməkdən imtina edib. Bundan əvvəl ABŞ Ukrayna və İsrailə yardım etmədən hökuməti maliyyələşdirmək planı qəbul edib.
Havar Şəfiyeva