ABŞ İran tərəfindən Amerika tərəfinin genişmiqyaslı hərbi əməliyyatları bərpa etməsinə səbəb olacaq addımlar müşahidə etmir.
Elchi.az xəbər verir ki, bu barədə jurnalistlər üçün keçirilən brifinqdə ABŞ Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin sədri general Den Keyn bildirib.
Onun təqdim etdiyi versiyaya əsasən, atəşkəs rejimi qüvvəyə mindikdən sonra “İran ticarət gəmilərinə doqquz dəfə hücum edib, iki konteyner gəmisini ələ keçirib və Amerika qüvvələrinə on dəfədən çox zərbə endirib”.
“Bütün bunlar hazırkı məqamda genişmiqyaslı hərbi əməliyyatın bərpası üçün tələb olunan həddən aşağıdır”, — deyə o bəyan edib.
Məryəm





















