ABŞ-ın Bağdaddakı səfirliyi İraqa səyahət üçün xəbərdarlıq səviyyəsini maksimuma — dördüncü dərəcəyə — qaldırıb və Amerika vətəndaşlarını dərhal ölkəni tərk etməyə çağırıb. Risk İranpərəst qruplaşmalar tərəfindən törədilə biləcək mümkün raket və dron hücumları ilə bağlıdır.
Bu barədə Elchi.az səfirliyə istinadən xəbər verir.
Səfirliyin məlumatına görə, həmin təşkilatlar ABŞ vətəndaşlarına və Vaşinqtonla əlaqəli obyektlərə, o cümlədən İraq Kürdüstanı ərazisindəki hədəflərə qarşı hücumlar planlaşdırmağa davam edirlər.
“Bundan əlavə, İraq hökuməti ilə əlaqəli bəzi strukturlar bu terrorçu milislərə siyasi, maliyyə və əməliyyat dəstəyi verməkdə davam edir”, — deyə səfirliyin məlumatında bildirilir.
Təhlükəsizlik mülahizələrinə görə amerikalılara həmçinin Bağdaddakı səfirliyə və Ərbildəki konsulluğa getməkdən çəkinmək tövsiyə olunub.
Məryəm





















