Bu səbəbdən amerikalıların öz başlarının üstündə tapdıqları uçan obyektlərin sayı artıb.
Elchi.az xəbər verir ki, Çin hava şarı ilə bağlı insidentlə əlaqədar ABŞ səma üzərində nəzarəti gücləndirib. Bu barədə RİA Novosti Pentaqonun rəhbərinin Qərb yarımkürəsi üzrə köməkçisi Melissa Daltonun sözlərinə istinadən xəbər verir.
Çinin casus şarının səmada vurulmasından sonra ABŞ ordusu öz hava məkanındakı fəaliyyəti diqqətlə izləməyə başlayıb. Bu, Pentaqona səmada daha bir neçə obyekt aşkarlamağa imkan verdi. Beləliklə, bazar günü, fevralın 12-də amerikalılar dördüncü UFO-nu vurdular.
Şayəstə