Pensiya artımı ilə bağlı yeni xəbər

🗓 27.01.2015 16:04 ✍️ "Elçi" qəzeti
Pensiya artımı ilə bağlı yeni xəbər
9873Dövlət Sosial Müdafiə Fondu pensiya artımı ilə bağlı detalları açıqladı "Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi üçün hər ay təqribən 1 milyon manat, il ərzində isə 12 milyon manat əlavə vəsait tələb olunacaq". ANS PRESS-in məlumtına görə, bunu Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev deyib. O bildirib ki, bu vəsaitlər DSMF-nin büdcəsində öz əksini tapacaq. Fond sədri dövlət başçısının əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında sərəncam imzaladığını xatırladıb: "Sərəncama əsasən Dövlət Sosial Müdafiə Fonduna (DSMF) bütün növ əmək pensiyalarının sığorta hissəsi, sığortaolunanların fərdi hesablarında qeydiyyata alınan pensiya kapitallarının 2014-cü ilin inflyasiya göstəricisinə uyğun olaraq indeksləşdirilməsi tapşırılıb. Fond tərəfindən bu tapşırığın icrası avtomatlaşdırılmış rejimdə həyata keçiriləcək. Ümumilikdə, bütün əmək pensiyaçılarının 95%-nin, yəni xüsusi rejimdə pensiya alanlar istisna olmaqla yerdə qalan 1 milyon 215 min pensiyaçıya bu artım şamil olunacaq". Fond sədri bildirib ki, 3 milyona yaxın sığortaolunan fərdi hesablarındakı pensiya kapitalları da bu indeksləşdirilməyə məruz qalacaq.
ANS PRESS

Bənzər yazılar