Penitensiar Xidmət və DİN birgə əməliyyat keçirib, avtomat götürülüb

🗓 02.05.2024 12:21 ✍️ "Elçi" qəzeti
Penitensiar Xidmət və DİN birgə əməliyyat keçirib, avtomat götürülüb
Ədliyyə Nazirliyi Penitensiar xidmətin əməliyyat aparatı Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə əməliyyat-axtarış tədbiri keçirib. PX-dən  Elchi.az-a verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində Çobanov Nicat Qürbət oğluna məxsus bir ədəd AKS markalı avtomat silah və içərisində 10 ədəd 5,45 kalibrli güllə olan 1 ədəd avtomat sandıqcası Binəqədi rayonu Çiçək qəsəbəsi ərazisində aşkar edilərək götürülüb. Faktla bağlı araşdırma aparılır.

Bənzər yazılar