Əfsanəvi braziliyalı futbolçu Pelenin 1958-ci il Dünya Kubokunun finalında geyindiyi forma hərracda 4,88 milyon dollara satılıb.
Elchi.az xəbər verir ki, bu barədə “Sothebys” məlumat yayıb.
1958-ci il Dünya Kubokunun finalında Braziliya İsveçi 5-2 hesabı ilə məğlub edib və 17 yaşlı Pele bu oyunda 2 qol vurub.
Qeyd edək ki, ən bahalı forma 2022-ci ildə hərracda 9,28 milyon dollara satılan argentinalı Dieqo Maradonanın 1986-cı il Dünya Kubokunun finalında geyindiyi formadır.





















