Pelenin Braziliya millisindəki rekordu qırılıb

🗓 27.03.2024 14:55 ✍️ "Elçi" qəzeti
Pelenin Braziliya millisindəki rekordu qırılıb

Əfsanəvi futbolçu Pelenin Braziliya millisindəki rekordu qırılıb. Elchi.az “Ok Diario” nəşrinə istinadən xəbər verir ki, yığmanın 17 yaşlı hücumçusu Endrik buna nail olub. Forvard İspaniya (3:3) və İngiltərə (1:0) ilə yoldaşlıq matçlarında sonradan meydana çıxaraq fərqlənib. Ümumilikdə millidə iki qola imza atan oyunçu bunu meydanda olduğu 49 dəqiqədə bacarıb. Pele Braziliya komandasında iki qolu 54 dəqiqəyə vurmuşdu. Qeyd edək ki, hazırda "Palmeyras"da çıxış edən Endrik yayda İspaniyanın "Real" klubuna keçəcək.

Bənzər yazılar