“Rusiyanın NATO hava məkanını dəfələrlə pozub. 2015-ci ildə Rusiya dəfələrlə Türkiyənin hava məkanını pozmuşdu. Rusiya nə qədər uzağa gedə biləcəklərini yoxlayırdı. Yalnız açıq-aydın düşünülmüş onuncu pozuntudan sonra – bu, təxribat idi – türklər qəzəbləndilər və rus təyyarələrindən birini vurdular. Və sülh gəldi”.
Elchi.az xəbər verir ki, bunu Çexiya Prezidenti Petr Pavel orta məktəb şagirdləri qarşısında çıxışı zamanı Türkiyənin 2015-ci ildə Rusiyanın Su-24 qırıcısını necə vurmasından danışarkən bildirib.
Çexiya Prezidenti hesab edir ki, Moskva hazırda NATO-nu sınaqdan keçirir. Siyasətçi iddia edir ki, qətiyyət nümayiş etdirənlər Rusiyanın hörmətini qazanır.
“Moskva isə təmkinliliyi zəiflik kimi qəbul edir” – Pavel qeyd edib.
Petr Pavel daha öncə Rusiyanın NATO hava məkanını pozmasına dözə bilməyəcəyini və güc nümayiş etdirməyin lazım olduğunu bildirmişdi.





















