Pasportlarla bağlı vahid qanun

🗓 16.09.2014 21:25 ✍️ "Elçi" qəzeti
“Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” qanunun adı dəyişdirilərək “Pasportlar Pasport 010612haqqında” qanun edilir
  Azərbaycanda pasportlarla bağlı vahid qanun formalaşır, bununla bağlı qanunvericilikdə dəyişikliklər edilir.   Milli Məclisdən APA-ya verilən məlumata görə, “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” qanunun adı dəyişdirilərək “Pasportlar haqqında” qanun edilir. Bununla bağlı qanundan bir sıra maddələr ləğv edilərək çıxarılır.   Yeni layihəyə əsasən, qanundan 1-ci (Azərbaycan Respublikası vətəndaşlarının ölkədən getmək və ölkəyə gəlmək hüququ), 2-ci (Vətəndaşın ölkədən getmək və ölkəyə gəlmək hüququnun həyata keçirilməsi), 11-ci (Xaricə daimi yaşayış üçün gedən vətəndaşların hüquqi vəziyyəti) və 15-ci (Azərbaycan Respublikasına pasportsuz və ya vizasız gələn əcnəbilər) maddələr ləğv edilir.   Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.  

Bənzər yazılar