"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MANŞET

“Paşinyanın da başına bir güllə vuracaqlar, bununla da məsələ bitəcək”

29 Aprel 2022 - 20:04
in MANŞET
FacebookVatsap

Qüdrət Həsənquliyev: “Azərbaycan və Türkiyə birlikdə Rusiya ilə çox ciddi danışıqlar aparmalıdır”

Deputat, Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin sədr müavini Qüdrət Həsənquliyev Musavat.com-a danışıb. İllər boyunca Qarabağın işğalına son qoyulmasından ötrü Azərbaycanın Rusiya ilə birbaşa və açıq danışmasını zəruri sayan millət vəkili indiki durumdakı bəzi qeyri-müəyyənliklərin aradan qaldırılmasından ötrü də Bakı ilə İrəvan arasında deyil, Bakı ilə Moskva arasında birbaşa dialoqu, açıq söhbəti və konkret tələblər irəli sürməyi ümumi işimiz üçün faydalı sayır.

Bunu da oxuyun

Almaniya kəşfiyyatının keçmiş rəhbəri casusluq işi üzrə həbsdə qalacaq

Britaniya ehtiyatda olan hərbçilərinin yarısını İTİRİB

Qüdrət Həsənquliyev: “Paşinyan zaman udmağa çalışır “

– Qüdrət bəy, bu günlərdə ABŞ dövlət katibi öz açıqlamasında növbəti dəfə Azərbaycanı günahlandırmağa cəhd göstərdi. Sizcə, Ağ Ev niyə işğalçı Ermənistanı bu qədər ciddi-cəhdlə müdafiə etməyə çalışır?

– Bu, Amerikadakı erməni diasporuna xoş gəlmək üçündür.

– Bəlkə Ermənistanı Rusiyadan uzaqlaşdırmaq üçün gedişdir…

– Yox, onlar bilirlər ki, bu, alınan məsələ deyil.

– Necə bilirsiniz, yaxın dönəmdə Ermənistanla Azərbaycan arasında sülh müqaviləsini imzalanacaqmı?

– Baxın, Serj Sərkisyan da Avropa İttifaqı ilə assosiativ üzvlüyə dair saziş imzalamaq istəyirdi. Çağırdılar Kremlə, qulağını burdular, dedilər get, otur yerində. Ondan sonra da Aprel döyüşləri başladı, ardınca da hakimiyyət dəyişikliyi baş verdi. Mən ona görə bu fikirdəyəm ki, biz Rusiya ilə anlaşmağa, Rusiyanı inandırmağa çalışmalıyıq ki, Azərbaycanla müttəfiqlik barədə imzaladığınız sazişə hörmətlə yanaşsanız, bundan yalnız faydalana bilərsiniz. Siz Azərbaycanı müharibə,yaxud separatizmi dəstəkləmək təhdidi ilə özünüzə yaxın, müttəfiq dövlətə çevirə bilməzsiniz. Bunun yolu Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə, Azərbaycan xalqına hörmətdir. Ona görə ki, Qarabağ məsələsi bizim qürur məsələmizdir, millətin şərəf məsələsidir. Biz Rusiya ilə anlaşa bilsək, o zaman əlbəttə, Paşinyanla müqaviləni dərhal imzalaya biləcəyik. Amma belə bir anlaşma yoxdursa, uzaqbaşı nə baş verə bilər: Paşinyan çalışacaq ki, danışıqları ən azı Ukrayna ilə Rusiya arasındakı müharibənin sonuna qədər uzatsın. Ermənilər çox ümidlidirlər ki, bu münaqişənin nəticəsi olaraq həm Rusiyanın bölgədə mövqeyi zəifləyə, həm də Putin hakimiyyətdən gedə bilər, bölgədə Qərbin mövqeyi güclənər. Qərb də güclənsə, ümid edirlər ki, ABŞ və Fransanın təsiri ilə Azərbaycanı Qarabağ ermənilərinin status məsələsini referenduma çıxararmağa məcbur edəcəklər. Referendumun da nəticəsi əvvəldən bəllidir. Həm də ermənilər 2023-cü ildə Ərdoğanın növbəti dəfə seçilməyəcəyinə inanırlar. Ona görə ermənilərə təzyiqləri artırmalı, Rusiya ilə danışaqları gücləndirməliyik.

– Əks halda…

– Əks halda, Paşinyan Rusiyanın icazəsi olmadan bizimlə sülh sazişi imzalamağa cəhd eləsə, o zaman Köçəryan və Sərkisyanın cinayətkar birliyi, Baş Nazir Vazgen Sərksiyanla Parlamentin spikeri Stepan Dəmirçyanın başına parlamentdə necə güllə vurdularsa, Paşinyanın da başına bir güllə vuracaqlar, bununla da məsələ bitəcək. Ermənilər terroru yaxşı bacarır, çünki Ermənistan baş tutmamış terror dövlətidir.

– Rusiyadan bu günlərdə də nümayəndə heyətləri Bakıya gəldi, danışıldı, amma vəziyyət dəyişmir. Ortada müttəfiqlik müqaviləsi olsa da, Rusiya Avropa İttifaqına münasibətdə mövqelərini, sülhyaratma təşəbbüslərini əldən vermək, güzəştə getmək istəmir. İndiki situasiyada Paşinyan Rusiyanı “havasına oynayır”, yoxsa Avropanın?

– Paşinyan Brüsseldən qayıdandan sonra Moskvaya çağırıldı və Moskva səfərindən dərhal sonra bəyanat verdi ki, (Dağlıq) Qarabağ ermənilərinin razılığı olmadan Azərbaycanla heç bir sülh sazişi imzalanmayacaq.

– Mövqelərini sərtləşdirdi.

– Əslində mövqelərini təkcə sərtləşdirmədi,onu 180 dərəcə dəyişdi. O, Rusiyadan qayıdandan sonra Bürüssel görüşünə dair parlamentdəki, hökumətin iclasındakı çıxışından tam fərqli bir mövqe ortaya qoydu. Paşinyan Moskvadan bəyan etdi ki, biz Qarabağ məsələsində Putinlə anlaşdıq. O, nə anlaşıb, ona nə söz verilib, bilmirəm, amma qayıtdı və mövqelərini dəyişdi.Bəziləri deyirlər ki, Paşinyan sülh sazişi imzalamaq istəyir və s. El məsəli var: “İlanın ağına da, qarasına da lənət”. Guya ermənilərin yaxşısı bu idi, amma görürsünüz, Moskvada qulağına nə pıçıldadılarsa, tam dəyişdi.

– Ola bilərmi ki, Rusiya Qarabağda da Abxaziya, Cənubi Osetiyadakı ssenariləri təkrarlamaq istəyir? Son vaxtlar “Qarabağda Rusiya pasportlarının paylanması” barədə xəbərlər də yayılır. Bu mənada mümkündürmü ki, Kremlin Paşinyanın qulağına pıçıldamasının açması budur: “Sən Azərbaycanla sülh müqaviləsi imzala, amma Qarabağ məsələsi mənlikdir…” Rusiya rəhbərliyi belə bir iştaha düşə bilərmi?

– Fikrimcə, Rusiya Azərbaycana deyir ki, biz sənin ərazi bürtövlüyünü tanıyırıq, amma münaqişənin sülh müqaviləsi imzalamaqla həlli mümükün deyil, görünən budur. Rusiya münaqişənin dondurulmuş vəziyyətdə qalmasında maraqlı görsənir. Hətta 10 noyabr 2020-ci il tarixli üçtərəfli atəşkəs haqqında sazişdən sonra Putin mətbuata verdiyi ilk açıqlamada söylədi ki, Dağlıq Qarabağın indiki status qalır və Dağlıq Qarabağın son statusunu gələcək rəhbərlər həll edəcəklər. Rəhbərlər deyəndə ki, 2024-cü ildə Rusiyada seçki olacaqsa, ondan sonra da Putin daha 12 il prezident olmağa hazırlaşır, bu da 2036-cı ilə gedib çıxır. Gələcək rəhbərlər deyərkən sözsüz ki, o, Rusiyanın da prosesdə iştirakını nəzərdə tutur. Əgər o, 2036-cı ilədək Rusiyada özünün prezidentliyini görürsə, deməli, bu müddət üçün ən azından münaqişənin dondurulmasını və orda da Rusiya əsgərlərinin qalmasını istəyir. Bu müddət ərzində Qarabağdakı ermənilərlə azərbaycanlılar arasında hər hansı təmasa imkan verilmədi. Amma bizim Türkiyə kimi təbii müttəfiqimiz var. Azərbaycan və Türkiyə Rusiya ilə çox ciddi danışıqlar aparmalıdır. Rusiyanı inandırmalıyıq ki, Qarabağdakı separatizmin dəstəklənməsi Rusiyanın maraqlarına cavab vermir və Azərbaycan-Rusiya ,o cümlədən Türkiyə-Rusiya münasibətlərinə öz mənfi təsirini göstərəcək.

– Rusiya çox güman ki, Azərbaycandan nələrsə qopartmaq istəyir ki, qarşılığında güzəştə getsin. Razılaşırsınızmı?

– Mən belə düşünmürəm. Rusiya sadəcə olaraq özünün bölgədə mövcudluğunu hərbi iştirakda görür. Ona görə mən hələ 44 günlük savaşdan öncə də deyirdim ki, ərazi bütövlüyümüzün qan tökülmədən təmin olunması qarşılığında Azərbaycanda Rusiyanın hərbi bazasını yarada bilərik, məsələn, Qəbələdə vaxtilə olduğu kimi.

– Bəlkə elə yaxşı ki, Rusiya bu təklifin reallaşması istiqamətində addım atmayıb. Bu gün az qala bütün bəşəriyyətə qarşı müharibə elan etmiş ölkənin hərbi bazasının yaradılması yaxşı perspektiv vəd edə bilərdimi?

– Yox, o variantda məsələnin həlli Azərbaycanın daha çox xeyrinəydi. Həm məsələ müharibə olmadan bitərdi, həm də indi rus hərbçiləri sülhməramlı kimi ermənilərlə bizim aramızda dayanıb, bu da münaqişəni qoruyub-saxlamaq imkanları əldə etmək deməkdir. Tutaq ki, Qəbələdə bir hərbi baza olsaydı, o bizimçün daha təhlükəsiz idi, nəinki indiki formada hərbi iştirak. Görünür onlar o variantı qəbul etmədilər. İndi ruslar Qarabağdakı sülhməramlı kontingenti hərbi baza statusunda görürlər, fikirləşirlər ki, ordakı ermənilər də rus əsgərlərinə xidmət edəcək.

– Əks təqdirdə, Xocalıda niyə binalar tikirdilər ki?

– Bəli. Amma Azərbaycan bu məsələnin mümkünsüzlüyünü Rusiyanın nəzərinə çatdırmalıdır.

– Konkret nə təklif edirsiniz?

– Bunun üçün ilk növbədə Azərbaycan elə bu günlərdə bəyanatla çıxış etməlidir ki, Ermənistanla sülh danışıqları üçün konkret vaxt müəyyənləşməlidir, danışıqlar sonsuzluğa qədər davam edə bilməz! Deyirlər ki, işçi qrupu yaradılsın, amma nə olsun, Minsk Qrupu da yaradılmışdı, 1992-ci ildən 2020-ci ilədək ortaya bir iş qoymadı. Ona görə də konkret vaxt qoyulmalıdır. İkincisi, rəsmi Bakı deməlidir ki, qoyulan müddət ərzində tərəflər bir-birinin ərazi bütövlüyünü tanıyan sülh sazişi imzalamayacaqsa Azərbaycan Rusiya sülhməramlılarının Qarabağda qalması ilə bağlı müddəti uzatmayacaq. Bu, birmənalı bəyan olunmalıdır. Bu bəyanatdan Rusiya da, Ermənistan da hesabını götürməlidir.Rusiya düşünməməlidir ki, münaqişə həll olunmasa, burada daha çox qala biləcək. Rusiya təxribatlara əl atıb sazişə zidd olaraq Qarabağda qalmaq istəsə, o zaman onlar Azərbaycan torpaqlarına qanunsuz soxulmuş işğalçı dövlətə çevriləcəklər. Bunun da başqa hüquqi və siyasi nəticələri olacaq.

– Aprelin 30-dan sonar nələr olacaq?

– Brüsseldəki razılaşmaya görə, aprelin sonuna qədər delimitasiya və demarkasiya ilə bağlı işçi qrupunun yaradılması razılaşdırılmışdı. Amma sülh sazişi ilə bağlı orda konkret müddət qoyulmayıb. Sülh sazişi imzalanmamış, nə delimitasiyaya getmək olmaz, nə də demarkasiyaya. Ona görə ki,sərhədlər delimitasiya və demrakasiya olandan sonra Ermənistanın rəsmi dövlət sərhədlərini Rusiya qoruyacaq və onlar özlərini təhlükəsiz hiss edib sülh danışıqlarında daha destruktiv mövqe tutacaqlar.Qarabağdakı ermənilərin də təhlükəsizliyini ruslar təmin etdiyindən danışıqları uzadacaqlar.

– “Havadan asılı vəziyyətdə” olan Xankəndi ilə bağlı nə etməliyik?

– Ermənilər qarşıdakı dönəmdə çalışacaqlar ki, orda növbəti “parlament` və , “prezident” seçkiləri keçirsinlər. Qarabağ Rusiyanın nəzarəti altında olduğundan Azərbaycan Rusiya ilə bütün bu məsələləri danışmalıdır və Rusiyadan tələb etməlidir ki, Azərbaycan qanunlarına zidd olan `seçki`lərin keçirilməsinə imkan verməsin,seperatizmi dəstəkləməsin və fevralın 22-də imzalanmış müttəfiqlik haqqında sazişə sadiq olsun. Azərbaycanın Qarabağ üzərində suveren hüquqları bərpa edilməlidir. Qarabağda yaşayan emrəni sakinlər Azərbaycanın yuristiksiyasına qayıtmalıdır. Azərbaycan Rusiyadan konkret mövqe ortaya qoymağı tələb etməlidir. Bu etiraz etməyi bacarmalıyıq,tələblərimiz nəinki Rusiya ilə münasibətləri korlamaz ,əksinə münasibətlərin sağlamlaşmasına və gələcəkdə ciddi böhranlardan sığortalanmağa səbəb olar.

Previous Post

“Paşinyanın da başına bir güllə vuracaqlar, bununla da məsələ bitəcək”

Next Post

Bu gün növbəti buraxılış imtahanı keçirilib – YENİLƏNİB

Bənzər yazılar

Almaniya kəşfiyyatının keçmiş rəhbəri casusluq işi üzrə həbsdə qalacaq

Almaniya kəşfiyyatının keçmiş rəhbəri casusluq işi üzrə həbsdə qalacaq

27 Noyabr 2026 - 18:09

Almaniya Federal Kəşfiyyat Xidmətinin (BND) keçmiş rəhbəri Avqust Hanninq casusluq işi üzrə məhkəməyə qədər həbsdə qalacaq. Almaniya Federal Ali Məhkəməsi...

Britaniya ehtiyatda olan hərbçilərinin yarısını İTİRİB

Britaniya ehtiyatda olan hərbçilərinin yarısını İTİRİB

27 Noyabr 2026 - 15:00

Böyük Britaniya Müdafiə Nazirliyi hərbi ehtiyatda olanların yarısının yerini müəyyən edə bilmir, bu isə həmin şəxslərin təlim məşqlərinə çağırılmasını mümkünsüz...

Qüdrət Həsənquliyev: “Paşinyan zaman udmağa çalışır “

Qüdrət Həsənquliyev: “Paşinyan zaman udmağa çalışır “

26 Noyabr 2026 - 16:06

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev ARB24-ə müsahibə verib. Elchi.az xəbər verir ki, Qüdrət Həsənquliyev ARB24-ün...

Rusiyaya zərər vurmaq istəmirik – Paşinyan

Rusiyaya zərər vurmaq istəmirik – Paşinyan

26 Noyabr 2026 - 15:00

Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyaya zərər vurmaq niyyətinin və ya arzusunun olmadığını bəyan edib. Elchi.az xəbər verir ki, siyasətçi...

Next Post
Bu gün növbəti buraxılış imtahanı keçirilib – YENİLƏNİB

Bu gün növbəti buraxılış imtahanı keçirilib - YENİLƏNİB

Bu gün növbəti buraxılış imtahanı keçirilib – YENİLƏNİB

Bu gün növbəti buraxılış imtahanı keçirilib - YENİLƏNİB

Son xəbərlər

İran səfiri Küveyt XİN-ə çağırılıb

İran səfiri Küveyt XİN-ə çağırılıb

27 Noyabr 2026 - 20:10
Astarada iki avtomobil toqquşub, xəsarət alan var

Astarada iki avtomobil toqquşub, xəsarət alan var

27 Noyabr 2026 - 20:04
Azərbaycan Hindistana neft ixracını 3 dəfədən çox artırıb

Azərbaycan Hindistana neft ixracını 3 dəfədən çox artırıb

27 Noyabr 2026 - 19:56
Sabah bu rayonda 3 saat işıq olmayacaq

Sabah bu rayonda 3 saat işıq olmayacaq

27 Noyabr 2026 - 19:27
Azərbaycanda bu müəssisə özəlləşdirildi

Azərbaycanda bu müəssisə özəlləşdirildi

27 Noyabr 2026 - 19:20
Belarusda “Faceit” kiberidman platforması bloklanıb

Belarusda “Faceit” kiberidman platforması bloklanıb

27 Noyabr 2026 - 19:13
Ceyhun Bayramov Qətərin dövlət nazirini qəbul edib, siyasi məsləhətləşmələr keçirilib

Ceyhun Bayramov Qətərin dövlət nazirini qəbul edib, siyasi məsləhətləşmələr keçirilib

27 Noyabr 2026 - 19:05
Geyim nəhəngləri etirazlara görə sifarişlərin 10%-ni Banqladeşdən köçürüb

Geyim nəhəngləri etirazlara görə sifarişlərin 10%-ni Banqladeşdən köçürüb

27 Noyabr 2026 - 18:56
Baş nazirin müavini Teymur Musayev minatəmizləmə əməliyyatları ilə tanış olub

Baş nazirin müavini Teymur Musayev minatəmizləmə əməliyyatları ilə tanış olub

27 Noyabr 2026 - 18:43
Avropanın beş ölkəsi 400-dən çox “CV90” piyada döyüş maşını alır

Avropanın beş ölkəsi 400-dən çox “CV90” piyada döyüş maşını alır

27 Noyabr 2026 - 18:25
Almaniya kəşfiyyatının keçmiş rəhbəri casusluq işi üzrə həbsdə qalacaq

Almaniya kəşfiyyatının keçmiş rəhbəri casusluq işi üzrə həbsdə qalacaq

27 Noyabr 2026 - 18:09
Azərbaycan və BMT sahibkarlıq və insan kapitalının inkişafını müzakirə etdi

Azərbaycan və BMT sahibkarlıq və insan kapitalının inkişafını müzakirə etdi

27 Noyabr 2026 - 17:59
İraq Türkiyə ilə birləşdirən köhnə neft kəmərinin bərpasına başlayıb

İraq Türkiyə ilə birləşdirən köhnə neft kəmərinin bərpasına başlayıb

27 Noyabr 2026 - 17:48
“Traktor”un qadın futbol klubu qalib gəldi

“Traktor”un qadın futbol klubu qalib gəldi

27 Noyabr 2026 - 17:42
FHN-in Aran Regional Mərkəzi müşavirə keçirdi – FOTO

FHN-in Aran Regional Mərkəzi müşavirə keçirdi – FOTO

27 Noyabr 2026 - 17:35
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
« Okt    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.