Paşinyan Putinlə danışdı: Vəziyyət gərgindir!

105

Ermənistanın Baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
Elchi.az xəbər verir ki, tərəflər Ermənistan-Azərbaycan sərhədindəki vəziyyət barədə fikir mübadiləsi aparıblar.
N.Paşinyan vurğulayıb ki, hazırda sərhəd nisbətən sakit olsa da, vəziyyət gərgin olaraq qalır.
Bildirilib ki, ölkə liderləri Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) müraciəti ilə bağlı qəbul edilmiş qərarların icrası məsələlərini müzakirə ediblər.