"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MANŞET

Pasinyan özünü “sülh göyərçini” kimi təqdim etməyə çalışır

18 Aprel 2022 - 10:53
in MANŞET
FacebookVatsap

Bütöv Azərbaycan Xalq Cəbhəsi partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyevin müsahibəsini oxuculara təqdim edirik:

– Qüdrət bəy, Ermənistanla sülh sazişi imzalanması üçün xarici işlər nazirləri səviyyəsində ilk təmas baş tutdu. Danışıqlarının perspektivinə inanırsınız?

Bunu da oxuyun

Tramp: “İran rəhbərliyinə qarşı addımlarda uzağa getdik”

İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin Azərbaycana səfərinə dair videoçarx paylaşılıb

Dövlət ümumi təhsil müəssisələrində geyim qaydalarının icrasına dair monitorinqlərə başlanılıb

– Hər şey indiki mərhələdə Rusiyadan asılıdır. Azərbaycan və Türkiyə Rusiya ilə ciddi müzakirələr aparmalıdır. Eyni zamanda, Ermənistana təzyiqləri artırmalıyıq. Sülh müqaviləsi imzalanmadan sərhədlərin delimitasiya və demarkasiyasına başlamaq olmaz. Əks halda onlar danışıqları uzatmağa çalışacaqlar. Erməni ekspertlərini dinləsəniz əmin olacaqsınız ki, onlar Ərdoğan və Putinin hakimiyyətdən getməsindən sonra regionda Qərbin güclənəcəyini, onlar üçün daha əlverişli şəraitin yaranacağını düşünürlər. Buna görə də danışıqları uzatmağa çalışacaqlar. Hesab edirəm, Paşinyan bizə müəyyən ümidlər verməklə gərginliyi azaltmağa çalışır, sülh sazişi imzalamağa yox. Bunun əksi olsaydı, Azərbaycanın 5 bənddən ibarət, beynəlxalq hüququn prinsipləri əsasında hazırlayıb təqdim etdiyi sülh sazişini bir həftə ərzində imzalaya bilərdi. Amma Ermənistan sülh sazişini Qarabağ ermənilərinin statusuna bağlayır. Bu isə danışıqların sonsuzluğa qədər davam etməsi deməkdir. 30 il ərzində Ermənistan həmişə bu mövqedən çıxış edib. Paşinyan heç kimə lazım olmayan açıqlamaları ilə daha çox kənar qüvvələri proseslərə müdaxilə etməyə sövq etmək, daxildə müqavimət təşkil etmək, özünü isə beynəlxalq birliyə “sülh göyərçini” kimi təqdim etməyə çalışır.

– Ukraynadakı hadisələrin sonunu necə görürsünüz? Baxışlarınızda hansısa dəyişikliklər baş verməyib ki?

– Yox, heç bir dəyişiklik baş verməyib. Ukraynaya böyük miqdarda müasir silahlar verilməsə, Ukraynanın məğlubiyyəti qaçılmazdır. Həmin silahlar isə verilmir, elan olunsa da, qəsdən yubadılır. Silah vermək əvəzinə Kiyevə səfər edən liderlərin hərəkəti ancaq ürək bulandırır. Onlar sadəcə xalqlarını aldatmaq, sifətlərini qorumaq istəyirlər. Putin Baydendən münaqişəyə müdaxilə etməyəcəyinə dair təminat almasaydı, heç vaxt Ukraynaya girməzdi. Rusiyanın böyük hərb maşınının qarşısında onların Ukraynaya göstərdiyi hərbi dəstək acı gülüş doğurur. Həmin silahlar Ukraynanın müdafiəsi üçün yetərli deyil, sadəcə müharibənin uzanmasına və daha çox insanın həyatını itirməsinə səbəb olacaq.

– Bir çoxları iddia edir ki, Rusiyanın birləşmiş Qərbə qarşı bu müharibəni udmaq şansı yoxdur. Bu zaman Napoleonu, Hitleri nümunə kimi göstərir, Putinin də uduzacağını bəyan edirlər. Sizcə haqlı deyillər?

– Napoleon və Hitlerə qarşı bütün Avropa vuruşurdu, Putinə qarşı isə Ukrayna tək qalıb. 2001-ci il 11 sentyabr terror hadisəsindən sonra bütün HATO ölkələri orta əsr Əfqanıstanına qoşun göndərmişdi, daha çox ABŞ-a yarınmaq üçün. Çünki ABŞ-ın buna ehtiyacı da yox idi. Həm də geri qalmış bir ölkəyə qalib gələcəklərinə əmin idilər. İndi Zelenskinin yalvarışlarına heç kim əhəmiyyət vermir. Qərb ölkələrinin siyasi elitasının böyük qismi həm Rusiyadan qidalanır, həm də qorxurlar, çoxu ilə bağlı Rusiyada ifşaedici məlumatlar var, bunu hər kəs anlamalıdır. Təəssüf ki, Zelenski təcrübəsizliyindən bunu anlamadı. BMT Nizamnaməsinə görə hər bir ölkə Ukrayna tərəfdən müharibəyə qoşula bilər.

– Putin SSRİ-nin dağılmasını XX əsrin ən böyük geosiyasi, onun bərpasına cəhdi isə ağılsızlıq adlandırmışdı. O dediklərində səmimidirsə, Ukraynaya təcavüzün adı nədir?

– Putin Sobçakla birlikdə Yeltsinin komandasının ən etibarlı üzvü olub. Putini Rusiyada müxtəlif yüksək vəzifələrə təyin edən, Baz nazir və Prezident seçdirən də Yeltsin olub. Qorbaçovun başlatdığı islahatlardan yararlanan Yeltsinin komandası SSRİ-də siyasi böhran yaradıb onu dağıtmaqla Rusiyada hakimiyyəti ələ keçirdilər.1991-ci ilin 8 dekabırında Kravçuk və Şuşkeviçlə birgə SSRİ-nin varlığına son qoyan Belovejsk sazişini də Yeltsin imzalayıb. Yeltsin Qərbin müttəfiqi, ABŞ-ın demokrat prezidenti Klintonun dostu hesab olunurdu. SSRİ-nin ən güclü siyasi liderlərindən biri Heydər Əliyevin Siyasi Bürodan uzaqlaşdırılmasında da Yeltsin həlledici rol oynayıb. SSRİ-nin dağılmasının geosiyasi fəlakət olmasını Putin bu günkü siyasi məqsədləri naminə söyləyir. O, Qərb liderlərinin çoxunun maymaqlığını, qorxaqlığını görüb, onların bir qismini satın alıb və düşünür ki, SSRİ-ni başqa ad altında bərpa etmək, insanların başını qatıb ciddi islahatlardan on illər ərzində yayınmaq olar. Ukraynaya təcavüz də bu məqsədlə edilib. Yoxsa heç bir ölkə dünyanın ən böyük nüvə silahına sahib olan Rusiyaya təhlükə yarada bilməz.

Previous Post

Pasinyan özünü “sülh göyərçini” kimi təqdim etməyə çalışır

Next Post

Azad olunan ərazilərdə daha 125 mina aşkarlanıb

Bənzər yazılar

Tramp: “İran rəhbərliyinə qarşı addımlarda uzağa getdik”

Tramp: “İran rəhbərliyinə qarşı addımlarda uzağa getdik”

13 Oktyabr 2026 - 16:48

ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun İrandakı əməliyyatda həddindən artıq irəli getmiş ola biləcəyini, çünki administrasiyanın kiminlə qarşı-qarşıya olduğunu anlamadığını bəyan...

İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin Azərbaycana səfərinə dair videoçarx paylaşılıb

İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin Azərbaycana səfərinə dair videoçarx paylaşılıb

12 Oktyabr 2026 - 23:38

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Kamboca Krallığının Baş naziri Hun Manetin Azərbaycana rəsmi səfərinə dair videoçarx paylaşılıb. Elchi.az paylaşımı...

Dövlət ümumi təhsil müəssisələrində geyim qaydalarının icrasına dair monitorinqlərə başlanılıb

Dövlət ümumi təhsil müəssisələrində geyim qaydalarının icrasına dair monitorinqlərə başlanılıb

12 Oktyabr 2026 - 21:05

Dövlət ümumi təhsil müəssisələrində təhsilalanlar və təhsilverənlər üçün Nazirlər Kabinetinin müvafiq qərarları ilə müəyyən edilmiş geyim tələblərinin icra vəziyyətinin öyrənilməsi...

Tramp ilə Zelenski arasında gərginlik artır

Tramp ilə Zelenski arasında gərginlik artır

12 Oktyabr 2026 - 17:36

Vəzifəyə gəldiyi gündən bəri ABŞ Prezidenti Donald Tramp Ukrayna Prezidenti Vladimir Zelenskini tez-tez tənqid edib və Ukrayna ilə bağlı sələfi...

Next Post
Bu il 6 nəfər mina və PHS-dən zərər çəkib

Azad olunan ərazilərdə daha 125 mina aşkarlanıb

Bu il 6 nəfər mina və PHS-dən zərər çəkib

Azad olunan ərazilərdə daha 125 mina aşkarlanıb

Son xəbərlər

“MS Now”: Ağ Evin yeni mətbuat katibi ilk brifinqdən sonra işdən çıxarılmaqla hədələnib

“MS Now”: Ağ Evin yeni mətbuat katibi ilk brifinqdən sonra işdən çıxarılmaqla hədələnib

13 Oktyabr 2026 - 23:56
SEPAH: Hörmüzdən icazəsiz keçən neft tankerində yanğın baş verib

SEPAH: Hörmüzdən icazəsiz keçən neft tankerində yanğın baş verib

13 Oktyabr 2026 - 23:19
Böyük Britaniyanın səfiri İran XİN-ə çağırılıb

Böyük Britaniyanın səfiri İran XİN-ə çağırılıb

13 Oktyabr 2026 - 22:55
Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb

Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb

13 Oktyabr 2026 - 21:31
Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası olacaq

Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası olacaq

13 Oktyabr 2026 - 21:29
“Gəncə” FIBA Avropa Kubokundakı ilk ev oyununda uduzub

“Gəncə” FIBA Avropa Kubokundakı ilk ev oyununda uduzub

13 Oktyabr 2026 - 21:26
Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını bölüşməyi dayandırmayıb

Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını bölüşməyi dayandırmayıb

13 Oktyabr 2026 - 21:24
KİV: Polşa Starlink stansiyasına hücumun arxasında Rusiyanın dayandığını iddia edir

KİV: Polşa Starlink stansiyasına hücumun arxasında Rusiyanın dayandığını iddia edir

13 Oktyabr 2026 - 19:23
Venesuela xarici işlər naziri Uruqvayı daxili işlərinə müdaxilə etməkdə günahlandırdı

Venesuela xarici işlər naziri Uruqvayı daxili işlərinə müdaxilə etməkdə günahlandırdı

13 Oktyabr 2026 - 19:12
Niderlandın xarici işlər naziri Azərbaycana səfər edəcək

Niderlandın xarici işlər naziri Azərbaycana səfər edəcək

13 Oktyabr 2026 - 18:53
Azərbaycan HDQ komandanı İtaliyaya səfər edib

Azərbaycan HDQ komandanı İtaliyaya səfər edib

13 Oktyabr 2026 - 18:45
Özbəkistan Prezidenti AQEM sammitində iştirak etmək üçün Bakıya gələcək

Özbəkistan Prezidenti AQEM sammitində iştirak etmək üçün Bakıya gələcək

13 Oktyabr 2026 - 18:34
Yaponiya silah ixracı üzrə vahid struktur yaradacaq

Yaponiya silah ixracı üzrə vahid struktur yaradacaq

13 Oktyabr 2026 - 18:31
Prezidentin sosial şəbəkə hesablarında Laos Prezidentinin Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşılıb

Prezidentin sosial şəbəkə hesablarında Laos Prezidentinin Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşılıb

13 Oktyabr 2026 - 18:25
Azərbaycan Laos münasibətləri yeni mərhələdə

Azərbaycan Laos münasibətləri yeni mərhələdə

13 Oktyabr 2026 - 18:24
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.