O, bu məsələni müzakirə etmək imkanına görə rusiyalı siyasətçiyə də minnətdarlığını bildirib.
Elchi.az xəbər verir ki, dekabrın 26 və 27-də Sankt-Peterburqda MDB-nin qeyri-rəsmi sammiti baş tutub. Orada Rusiya prezidenti Vladimir Putin, Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycan prezidenti İlham Əliyev Dağlıq Qarabağdakı vəziyyətin nizama salınmasını müzakirə ediblər.
– Dünən başladıq (müzakirə etməyə), üçümüz də danışa bildik. Təbii ki, əsas məsələ bütövlükdə Cənubi Qafqazda vəziyyətin nizamlanması və Ermənistan-Azərbaycan münasibətləri, Qarabağla bağlı hər şeydir, deyə Rusiya lideri Ermənistanın baş naziri ilə danışıqlar zamanı bildirib.
Bu arada Paşinyan Qarabağdakı Laçın dəhlizi ətrafında vəziyyəti müzakirə etmək imkanına görə rusiyalı siyasətçiyə minnətdarlığını bildirib. Onun sözlərinə görə, indi bu, “əsas, ən aktual məsələdir – Laçın dəhlizindəki böhrandır”.
Paşinyanın dediyi kimi, Laçın dəhlizi 20 gündür ki, Rusiyanın sülhməramlı qrupunun nəzarətindən kənarda qalıb. O, Putini bu problemi həll etməyə çağırıb.
Xatırladaq ki, Kremlin mətbuat xidməti ənənəvi qeyri-rəsmi görüşün Rusiya prezidentinin təşəbbüsü ilə keçiriləcəyini bildirib. Həmçinin qeyd olunub ki, Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı gözlənilir.
Şayəstə