"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home SİYASƏT

Paşinyan Fransadan təlimatlarla qayıdıb – yeni gərginlik gözləntisi

26 Fevral 2024 - 17:53
in SİYASƏT
FacebookVatsap

XİN Makronun ittihamlarına cavab verdi; ekspertlərə görə, Paris Ermənistanı yeni fəlakətə sürükləyir

Bunu da oxuyun

İlham Əliyev Dünya Güləş Birliyinin prezidentini qəbul edib

Medianın İnkişafı Agentliyi və BMTM yenidən təşkil olunur – SƏRƏNCAM

Yol hərəkəti ilə bağlı bəzi qanunlarda dəyişiklik ediləcək

“21 fevral 2024-cü il tarixində Fransa Respublikasının Prezidenti Emmanuel Makronun Parisdə Ermənistanın baş naziri ilə birgə mətbuat konfransı zamanı Azərbaycana qarşı səsləndirdiyi və Ermənistanı birtərəfli qaydada müdafiə edən əsassız iddialarını qətiyyətlə pisləyirik”.

Bu fikirlər Azərbaycan Xarici İşlər Nazirliyinin Fransa prezidenti Emmanuel Makronun Ermənistanın baş naziri Nikol Paşinyanla birgə mətbuat konfransı zamanı səsləndirdiyi iddialara dair şərhində yer alıb.

Bildirilib ki, 30 ilə yaxın müddətdə hüquqları pozulmuş, ərazilərindən didərgin düşmüş, kütləvi qırğınlara məruz qalmış azərbaycanlıların hüquqları barədə indiyə qədər heç bir şərh verməyən Fransanın öz istəkləri və heç bir zorakılıq tətbiq olunmadan Azərbaycan ərazilərini tərk etmiş ermənilərin hüquq və təhlükəsizliyindən danışması tamamilə yersizdir: “Bununla yanaşı, Almatı Bəyannaməsi və müəyyən xəritələr çərçivəsində ərazi bütövlüyünün vacibliyinə toxunan Fransa tərəfinin, nəyə görə məhz bu kimi razılaşmalara zidd olaraq 30 ilə yaxın müddətdə davam etmiş Ermənistanın təcavüzünə və Azərbaycan ərazilərinin işğalına, habelə hazırda Ermənistanın Azərbaycanın 8 kəndini hələ də işğal altında saxlamasına qarşı çıxmaması sualına aydınlıq gətirməsi daha faydalı olardı.

Heç bir təhrikedici amil olmadan 5 aya yaxın davam edən sabitliyi pozan Ermənistanın tənqid edilməsi əvəzinə, Azərbaycanın qeyri-proporsional cavab tədbiri görməkdə təqsirləndirilməsi qəbuledilməzdir və bu kimi qərəzli yanaşmalara son qoyulmalıdır.

Fransanın bölgədə yeni gərginlik yaratmaq, sülh və sabitliyə mane olmaq istiqamətində yürütdüyü məkrli siyasətin heç bir nəticə verməyəcəyini bir daha bəyan edirik”.

Yol tikintiləri uzun müddət xalqın rifahına xidmət edir - Azər Badamov

Azər Badamov

Deputat Azər Badamov hesab edir ki, Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyan arasında keçirilən görüşdən sonra Paşinyanın Fransaya getməsi gözlənilən idi: “Makron çalışırdı ki, növbəti görüş özünün iştirakı ilə təşkil olunsun. Amma Azərbaycan dövləti çox qəti şəkildə iradəsini nümayiş etdirərək Makronun iştirakı ilə görüşlərdən imtina etdiyini bildirmişdi. Paşinyan Münxenə səfərindən dərhal sonra Fransaya gedərək ağası Makrona keçirilmiş görüşlə bağlı hesabat verməli idi. Makronun Paşinyanı yanına çağırmasında əsas məqsədi Münxen görüşü ilə bağlı hesabatı dinləyib Paşinyana yeni təlimatlar verməli olduğunu hesab edirəm. Münxen görüşündə tərəflər danışıqların davam etdirilməsi üçün növbəti görüşlərin keçirilməsini razılaşdırıblar. Ona görə də, Makron növbəti görüşlərdə Ermənistan özünü necə aparmalıdır tapşırıqlarını verir. Fransanın məqsədi regionda sabitliyin və sülhün yaranmasının əksinə getməkdir. Makron məhz bu yolla Ermənistanda möhkəmlənməyə çalışır. Ona görə də Paşinyanla görüşdə Ermənistanın təxribatına cavab verməkdə yenə Azərbaycanı ittiham edən məntiqsiz ifadələr işlədib. Makron elə hesab edir ki, Ermənistanın təxribatlarına necə cavab verməliyiksə, onunla məsləhətləşməliyik. Təbii ki, belə bir qərəzin nümayiş olunması gülməli və məntiqsizdir. Azərbaycan şərti sərhəddə möhkəmlənib və əsgərimizə qarşı törədilən hər bir təxribata cavabımız çox ağır olacaqdır. Bunu Ermənistan və onun ağası Makron hər zaman bilib növbəti təxribat planlarından yayınmalıdır”.

Əli Orucov:

Əli Orucov

AMİP liderinin köməkçisi, politoloq Əli Orucov Fransanın heç nəyə nail olmayacağına əmindir:“Fransanın Cənubi Qafqaz regionunda təhrikçi və destruktiv fəaliyyəti daha geniş xarakter alıb. Parisə dəfələrlə bu mövqeyindən çəkilməsi və qarşılıqlı hörmət inam, etibar əsasında münasibətlərin fayda verəcəyi barədə xəbərdarlıqlar edilməsinə baxmayaq, görünən odur ki, bundan müsbət nəticə çıxarılmayıb. Ritorika və yanaşma nəiniki dəyişməyib, doza bir qədər də artırılıb. 21 fevralda Paşinyanın Fransaya rəsmi səfəri zamanı keçirilən görüşlər və ən yüksək səviyyədə verilən bəyanatlardan aydın olur ki, Fransa regiona qızışdırıcılıqda, münaqişənin yenidən alovlandırılmasında maraqlıdır. Fransa prezidenti Makron açıq şəkildə bəyan etdi ki, ölkəsi bundan sonra da Ermənistanı müasir silahlarla təmin etməkdə davam edəcək və ermənilərin istisnasız olaraq müdafiəsində dayanacaq. Fransanın məqsədi Cənubi Qafqazda konfliktlər yaratmaqla bura nüfuz etmək, geostateji bölgənin nəzarət altına salınmasına nail olmaqdır. Xüsusən də bölgədə açar və həlledici rola sahib Azərbaycanı təsir altında saxlamaq, müstəqil xarici siyasətini məhdudlaşdırmaqdır. Baxın bir dövlətin baş naziri Paşinyan deyir ki, Rusiya bizim təhlükəsizliyimizi qoruya bilmir və bizə alternativ təhlükəsizlik çətiri lazımdır, bunu axtarmaqda da davam edirik. Özünü müstəqil və demokratik dövlət sayan Ermənistan öz təhlükəsizliyini özü qorumaq iqtidarında deyil və bunu kənarlarda axtarır. Belə bir vəziyyətdə Paris də bundan yararlamağa çalışır. Hesab edirəm ki, Ermənistanın Fransa tərəfindən silahlandırılması regionda müharibə riskini artırır və bu Ermənistan üçün böyük fəlakətlərə gətirib çıxarar. Rəsmi Paris regionda öz mənafelərini həyata keçirməkdə yanlış siyasət sərgiləyir. Odur ki, iflasa məhkumdur. Fikrimcə, Paris öz maraqlarını Azərbaycanın maraqları ilə uzlaşdırmadan, qarşılıqlı hörmətə və etimada söykənmədən təzyiq və şantajla öz istəyinə nail ola bilməyəcək”.

Niyaməddin Orduxanlı

BAXCP sədrinin müavini, siyasi ekspert Niyaməddin Orduxanlı Fransanın bütün gücü ilə Ermənistan-Azərbaycan münaqişəsində iştirak etməyə cəhd etdiyini vurğuladı: “Fransa utanmadan özünü Ermənistanın himayədarı olduğunu göstərə-göstərə dirəşib ki, mən sizin aranızda vasitəçi olmaq istəyirəm. Əlbəttə, Ermənistanın özü də maraqlıdır ki, Fransa iştirak etsin. Ermənistan başa düşməlidir ki, ən çətin vəziyyətlərdə Fransa köməyə çata bilməyəcək. Necə ki, 30 il Rusiyaya arxayın olub, Azərbaycan torpaqlarını işğal altında saxladılar. Sonda ən çox zərbəni kim aldı? Təbii ki, Ermənistan. Baş vermiş hadisələrdən ermənilər ciddi nəticələr çıxartmalıdır. Böyük ölkələrin əlində istifadə olunmaqdan imtina etməlidir. Azərbaycan onsuz da öz torpaqlarını tam şəkildə işğaldan azad edib. Bundan sonra sülh şəraitində yaşamaq hər iki xalqın maraqlarına cavab verir. Ermənilər başa düşməlidir ki, Azərbaycan Ordusu çox güclüdür, istənilən zamanda qısa müddət ərzində İrəvana qədər gedib çıxa bilər. Hər hansı bir sərhəd pozuculuğu dərhal adekvat cavab verilməsinə gətirib çıxaracaq. Nikolun Makronla tez-tez görüşməsi sülhə hər hansı bir töhfə verməyəcək. Paris indiki vəziyyətdə sülhün əldə olunmasının əleyhinədir. Mümkün qədər prosesi uzatmaq niyyətindədir”.

Previous Post

Paşinyan Fransadan təlimatlarla qayıdıb – yeni gərginlik gözləntisi

Next Post

Onun-bunun qucağına sığınan Ermənistan bilməlidir ki…

Bənzər yazılar

İlham Əliyev Dünya Güləş Birliyinin prezidentini qəbul edib

İlham Əliyev Dünya Güləş Birliyinin prezidentini qəbul edib

29 İyul 2026 - 16:34

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 29-da Dünya Güləş Birliyinin prezidenti Nenad Laloviçi qəbul edib. Elchi.az xəbər verir ki, söhbət...

Medianın İnkişafı Agentliyi və BMTM yenidən təşkil olunur – SƏRƏNCAM

Medianın İnkişafı Agentliyi və BMTM yenidən təşkil olunur – SƏRƏNCAM

29 İyul 2026 - 16:15

Baş nazir Əli Əsədov "Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi" və "Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi" publik hüquqi şəxslərin yenidən təşkili ilə...

Yol hərəkəti ilə bağlı bəzi qanunlarda dəyişiklik ediləcək

Yol hərəkəti ilə bağlı bəzi qanunlarda dəyişiklik ediləcək

29 İyul 2026 - 16:06

“Yol hərəkəti haqqında” qanununda dəyişikliklə əlaqədar bəzi qanunlarında dəyişiklik ediləcək. Elchi.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov...

“Ukrayna İrandan QİSAS ALIR!” – Sıradakı hədəf hansı ölkədir?

“Ukrayna İrandan QİSAS ALIR!” – Sıradakı hədəf hansı ölkədir?

29 İyul 2026 - 14:14

“Ukrayna İrandan qisas alır” Bu iddianı Yenicag.az-a açıqlamasında Ədalət, Hüquq, Demokratiya Partiyasının (ƏHDP) baş katibi, politoloq Niyaməddin Orduxanlı bildirib. Politoloq...

Next Post
Onun-bunun qucağına sığınan Ermənistan bilməlidir ki…

Onun-bunun qucağına sığınan Ermənistan bilməlidir ki…

Onun-bunun qucağına sığınan Ermənistan bilməlidir ki…

Onun-bunun qucağına sığınan Ermənistan bilməlidir ki…

Son xəbərlər

6 ayda Azərbaycanın qeyri-neft sektoruna aid malllarının ixrac ölkələri açıqlandı

6 ayda Azərbaycanın qeyri-neft sektoruna aid malllarının ixrac ölkələri açıqlandı

29 İyul 2026 - 16:40
İlham Əliyev Dünya Güləş Birliyinin prezidentini qəbul edib

İlham Əliyev Dünya Güləş Birliyinin prezidentini qəbul edib

29 İyul 2026 - 16:34
Qeyri-neft sektoru üzrə ixrac 16,9% artıb

Qeyri-neft sektoru üzrə ixrac 16,9% artıb

29 İyul 2026 - 16:27
Medianın İnkişafı Agentliyi və BMTM yenidən təşkil olunur – SƏRƏNCAM

Medianın İnkişafı Agentliyi və BMTM yenidən təşkil olunur – SƏRƏNCAM

29 İyul 2026 - 16:15
Yol hərəkəti ilə bağlı bəzi qanunlarda dəyişiklik ediləcək

Yol hərəkəti ilə bağlı bəzi qanunlarda dəyişiklik ediləcək

29 İyul 2026 - 16:06
Lavrov Rusiyanın rekord sayda sanksiyaya qarşı davamlılığını izah etdi

Lavrov Rusiyanın rekord sayda sanksiyaya qarşı davamlılığını izah etdi

29 İyul 2026 - 16:00
Azərbaycanın ən çox ziyarət edilən qoruq və muzeyləri açıqlandı

Azərbaycanın ən çox ziyarət edilən qoruq və muzeyləri açıqlandı

29 İyul 2026 - 15:53
Qarabağ Universitetində təhsil almaq istəyənlərə ŞAD XƏBƏR

Qarabağ Universitetində təhsil almaq istəyənlərə ŞAD XƏBƏR

29 İyul 2026 - 15:30
Əhali kartla daha çox ödəniş edir

Əhali kartla daha çox ödəniş edir

29 İyul 2026 - 15:14
Süni intellekt məhsulu olan müxtəlif formatlı materiallar emosional manipulyasiyalar üçün istifadə edilir – ŞƏRH

Süni intellekt məhsulu olan müxtəlif formatlı materiallar emosional manipulyasiyalar üçün istifadə edilir – ŞƏRH

29 İyul 2026 - 15:13
BMT-dən yeni epidemiya təhlükəsi barədə XƏBƏRDARLIQ

BMT-dən yeni epidemiya təhlükəsi barədə XƏBƏRDARLIQ

29 İyul 2026 - 15:00
Mənzil alanların diqqətinə: Çıxarışdakı kvadratmetr niyə az görünür?

Mənzil alanların diqqətinə: Çıxarışdakı kvadratmetr niyə az görünür?

29 İyul 2026 - 14:52
Dənizdə batan 4 nəfər AXTARILIR

Dənizdə batan 4 nəfər AXTARILIR

29 İyul 2026 - 14:45
Bakıda 2 avtobusun marşrut xətti dəyişdirilir

Bakıda 2 avtobusun marşrut xətti dəyişdirilir

29 İyul 2026 - 14:36
ÇL: Bu gün daha 8 oyun var

ÇL: Bu gün daha 8 oyun var

29 İyul 2026 - 14:27
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyul 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
« İyn    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.