2022-ci ildə Ermənistanda 12 min şirkət və 25 min sahibkarlıq obyekti açılıb.
Elchi.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.
“İqtisadiyyat bir çox sərmayəçinin öz şirkətlərini yaratmaq və ya bura köçürmək qərarına gəlməsilə artıb. Yerli investorlar da dəstək proqramlarından istifadə edərək fəal olublar. Sərmayələrin ümumi həcmi 1 trilyon 688 milyard dram (4.3 milyard dollar) təşkil edib. Birbaşa xarici investisiyalar isə üçqat artaraq 1 milyard dollara çatıb”, – Paşinyan bildirib.
Qeyd edək ki, Paşinyanın da etiraf etdiyi kimi, Ermənistana investisiyalar “sərmayəçilərin öz şirkətini yaratması və ya köçürməsi” ilə artır. Bu isə Ermənistanın Rusiyaya Qərbin sanksiyalarından yayınmasına müstəsna dəstəyi ilə bağlıdır. Belə ki, Rusiya Ermənistanda törəmə şirkətlər yaratmaqla, Qərbdən vacib avadanlıqların alınması və yaxud Rusiyadan qadağan olunan məhsulların satışını bu ölkə üzərindən həyata keçirir.
Ermənistanın Qərbin Rusiyaya sanksiyalarını dəldiyi barədə məlumat artıq Avropa mediasının da gündəmindədir.
İran vitse-prezidenti hadisə yerinə yollandı
İranın vitse-prezidenti Möhsün Mənsuri Prezident İbrahim Rəisinin helikopterinin qəzaya uğradığı əraziyə yollanıb. Elchi.az xəbər verir ki, bu barədə İran hökumətinin...