Paşinyan nizamlanmanın əsas prinsipləri arasında Ermənistanın ərazi bütövlüyünün təsdiqini göstərib.
Elchi.az xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan bu ilin sonuna kimi Bakı ilə İrəvan arasında sülh sazişinin imzalanması və münasibətlərin normallaşmasının mümkünlüyünü təsdiqləyib.
“Əgər sadaladığım prinsiplər rəsmən təsdiq olunarsa, o zaman bu ilin sonuna kimi Ermənistanla Azərbaycan arasında sülh və münasibətlərin normallaşdırılması haqqında sazişin imzalanması çox real olacaq”, – Bu barədə çərşənbə axşamı, oktyabrın 17-də Avropa Parlamentinin iclasında çıxış edən Ermənistan hökumətinin başçısı bildirib.
Paşinyan çıxışı zamanı nizamlanmanın əsas prinsipləri arasında Ermənistanın ərazi bütövlüyünün təsdiqini qeyd edib.
Şayəstə Hüseynova