Bakının Xəzər rayonu, Buzovna qəsəbəsində fərdi yaşayış evində baş verən partlayışda yanıq xəsarətləri alan bacı-qardaş vəfat edib.
Elchi.az Report-a istinadən xəbər verir ki, hadisə nəticəsində müxtəlif dərəcəli yanıq xəsarətləri alan 1998-ci il təvəllüdlü Fərəh Əbdül qızı Quliyeva və 1997-ci təvəllüdlü Toğrul Əbdül oğlu Quliyev xəstəxanada dünyasını dəyişib.
Yaxınlarının məlumatına görə, hadisə zamanı onların nənə və ataları həyətdə, anaları evin ikinci mərtəbəsində, bacı-qardaş isə evin birinci mərtəbəsində olublar. Partlayış evin birinci mərtəbəsində qeydə alınıb. Bu səbəbdən yalnız iki nəfər – bacı-qardaş ağır yanıq xəsarətləri alıblar. Ailənin digər üzvləri isə xəsarət almayıblar.
Yakutiyada yeniyetmə məktəbdə terror aktı törətmək istəyib
Yakutiyada məktəblərdən birinin şagirdi terror aktı təşkil etmək istəyib, bundan əvvəl o, təhsil müəssisəsinin binasında yanğın təşkil etmişdi. Elchi.az TASS-a...




















Son şərhlər